
15 yaşlı oğlan əmisinə hücum edən canavarı öldürdü
Zaqatalada 15 yaşlı yeniyetmə əmisinə hücum edən canavarı bıçaqla öldürüb.
Zaqatalada 15 yaşlı yeniyetmə əmisinə hücum edən canavarı bıçaqla öldürüb.
Gundem.today "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə ötən gün rayonun Axaxdərə kəndində baş verib.
Belə ki, kənd sakini 47 yaşlı Aydın Qurbanov həyətdə iş görən zaman ona canavar hücum edib.
Evdən səs-küyə çıxan 15 yaşlı Emin Qurbanov əlindəki bıçaqla canavarı öldürüb.
Hadisə zamanı xəsarət alan kişi Zaqatala Rayon Xəstəxanasına çatdırılıb, müalicəsi davam etdirilir.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətBelqraddan Bakıya birbaşa uçuşlar başlayıb
"Air Serbia" aviaşirkətinin Serbiya ilə Azərbaycan arasında birbaşa uçuşları başlayıb.
CəmiyyətXırdalanda yük avtomobili PROBLEMİ: "Təhlükəli vəziyyət yaranıb" - VİDEO
Xırdalan şəhəri, Səttar Bəhlulzadə küçəsində yolun həm sağ, həm də sol tərəfində iri yük avtomobilləri park edilib.
CəmiyyətXəzərdə artan zəlzələ aktivliyi - TƏHLÜKƏ GÖZLƏNİLİR?
Son vaxtlar Xəzər dənizi akvatoriyasında ardıcıl zəlzələlər müşahidə olunur. Seysmoloji xidmətlərin məlumat bazalarında bu hadisələr əsasən kiçik və ortamaqnitudalı təkanlar kimi təsnif edilir. Aprel ayında Xəzər dənizində 16-dan 18-ə qədər zəlzələ qeydə alınıb. Bu aktivlik çərçivəsində, xüsusilə aprelin 8-də 5.3 maqnitudalı, aprelin 12-də isə 4.6 maqnitudalı zəlzələlər baş verib.
CəmiyyətPremyer Liqa: "Sabah" "Şamaxı"ya qalib gəldi
Misli Premyer Liqasının 30-cu turunda "Sabah" səfərdə "Şamaxı"ya qalib gəlib.