
43 müəssisədə yoxlamalar: Tonlarla zəhərli maddə aşkarlanıb - FOTO
Nazirlər Kabineti yanında yaradılmış "Təhlükə potensiallı obyektlərin təhlükəsiz istismarının təmin edilməsi sahəsində dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsi üzrə Koordinasiya Komissiyası"nın 2025-2026-cı illər üzrə İş Planına uyğun olaraq, 203 obyektdə monitorinq aparılıb.
Nazirlər Kabineti yanında yaradılmış "Təhlükə potensiallı obyektlərin təhlükəsiz istismarının təmin edilməsi sahəsində dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsi üzrə Koordinasiya Komissiyası"nın 2025-2026-cı illər üzrə İş Planına uyğun olaraq, 203 obyektdə monitorinq aparılıb.
Gundem.today xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.
Monitorinq zamanı müəssisələrin texniki təhlükəsizlik və sanitariya-gigiyena tələblərinə uyğunluğu qiymətləndirilib, şübhəli məhsul partiyalarından nümunələr götürülərək laborator müayinələrə cəlb edilib, eyni zamanda qeydiyyatsız, tərkibi qadağan edilmiş, hermetikliyi pozulmuş və istifadə müddəti bitmiş preparatların dövriyyəyə buraxılmasının qarşısı alınıb.
Belə ki, 2026-cı ilin ilk 3 ayı ərzində aparılmış monitorinq və yoxlamalar zamanı ümumilikdə 43 müəssisədə istifadəyə yararsız 146 adda (805.5 kq/litr) pestisid və 62 adda (3602.5 kq/litr) aqrokimyəvi maddə aşkar edilərək İnventarlaşdırma Komissiyasının müvafiq qərarlarına əsasən, xüsusi poliqonlara göndərilib və təhlükəsiz şəkildə zərərsizləşdirilməsi təmin olunub.
Görülən tədbirlərin əsas məqsədi pestisid və aqrokimyəvi maddələrin dövriyyəsində təhlükəsizliyin təmin olunması, saxtalaşdırma hallarının qarşısının alınması və fermerlərin keyfiyyətli preparatlara əlçatanlığının təmin edilməsidir.
Agentlik fermerləri və digər istifadəçiləri istifadə müddəti bitmiş, hermetikliyi pozulmuş və mənşəyi şübhəli məhsulları əldə etməməyə çağırır. Şübhəli, uyğunsuz və ya keyfiyyətsiz məhsulla qarşılaşdıqda Agentliyin "1003" çağrı mərkəzinə məlumat verilməsi tövsiyə olunur.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətHədiyyəyə görə direktorun işdən çıxardığı müəllimlə bağlı QƏRAR VERİLDİ - FOTO
Emin Quliyev adına 9 nömrəli inteqrasiya təlimli internat məktəbində işdən çıxarılan müəllim vəzifəsinə bərpa edilib.
CəmiyyətAzərbaycanda həkim vəfat etdi - FOTO
Lənkəran rayonunda həkim Aşur Fərəcov dünyasını dəyişib.
CəmiyyətBəxtiyar Bərxudarova vəzifə verildi
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub.
CəmiyyətBakı Şəhəri üzrə Təhsil İdarəsinə yeni müdir müavinləri təyin edildi - FOTO
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktoru Eşqi Bağırovun müvafiq əmrləri ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdir müavini vəzifəsinə təyin olunmuş Fəttah Fəttayev və Turanə Məcidli kollektivə təqdim ediliblər.