
ABŞ-də universitetin laboratoriyasında güclü yanğın baş verib - VİDEO
ABŞ-nin Sent-Pitersburq şəhərindəki Cənubi Florida Universitetinin kampusunda, Dəniz Elmləri Laboratoriyasında güclü yanğın baş verib.
ABŞ-nin Sent-Pitersburq şəhərindəki Cənubi Florida Universitetinin kampusunda, Dəniz Elmləri Laboratoriyasında güclü yanğın baş verib.
Gundem.today xəbər verir ki, bu barədə ali təhsil ocağının mətbuat xidməti "X" sosial şəbəkəsində bildirib.
Bina tamamilə boşaldılıb, yaralananlar barədə məlumat verilmir. Hadisə yerində yanğınsöndürənlər, polis və digər xidmət orqanlarının əməkdaşları işləyir, yanğının səbəbləri araşdırılır.
Sent-Pitersburqun Yanğından Mühafizə İdarəsinin rəisi Maykl Lyuis bildirib ki, hadisə yerinə 60-dan çox bölmə və təxminən 200 yanğınsöndürən cəlb edilib.
O həmçinin qeyd edib ki, binanın damı tamamilə yanıb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaTürkiyədə məktəbdə törədilmiş qətliamda ölənlərin sayı artdı
Aprelin 16-da Türkiyənin Kahramanmaraş vilayətinin Onikişubat rayonundakı məktəbdə baş vermiş silahlı hücum nəticəsində ölənlərin sayı artıb.
DünyaMonqolustan Orta Dəhlizdə Azərbaycanla əməkdaşlıq potensialını görür
"Monqolustan Orta Dəhlizdə iştirakını genişləndirmək imkanlarını araşdırır".
Dünyaİran ABŞ-yə bir ay ərzində üç məsələni həll etməyi təklif edib
İran ABŞ-yə 30 gün ərzində Hörmüz boğazının açılması, Amerika dəniz blokadasının dayandırılması, habelə İran və Livanda müharibənin tamamilə başa çatdırılmasını nəzərdə tutan saziş barədə razılığa gəlməyi təklif edib.
DünyaABŞ-də universitetin laboratoriyasında güclü yanğın baş verib
ABŞ-nin Sent-Pitersburq şəhərindəki Cənubi Florida Universitetinin kampusunda, Dəniz Elmləri Laboratoriyasında güclü yanğın baş verib.