
ABŞ generalı: "Açıq dənizdə İran gəmiləri və tankerləri ələ keçiriləcək"
"ABŞ İranın sahil xətti və limanlarının blokadası çərçivəsində açıq dənizdə hərəkət edən İran gəmilərini, o cümlədən tankerləri ələ keçirməyi planlaşdırır".
"ABŞ İranın sahil xətti və limanlarının blokadası çərçivəsində açıq dənizdə hərəkət edən İran gəmilərini, o cümlədən tankerləri ələ keçirməyi planlaşdırır".
Gundem.today xəbər verir ki, bunu ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin rəhbəri Den Keyn keçirdiyi mətbuat konfransı zamanı deyib.
Onun sözlərinə görə, mühasirə milli mənsubiyyətindən asılı olmayaraq İran limanlarına daxil olan və ya oradan çıxan bütün gəmilərə şamil edilir:
"Amerika Birləşmiş Ştatlarının bu addımları Hörmüz boğazının deyil, birbaşa İranın sahil xəttinin və limanlarının blokadasını nəzərdə tutur. Əməliyyatlar həm beynəlxalq sularda, həm də İranın ərazi sularında həyata keçiriləcək".
O, həmçinin qeyd edib ki, mühasirə ilə yanaşı, birləşmiş qüvvələr İran bayrağı altında üzən və ya bu ölkəyə maddi cəhətdən dəstək verməyə çalışan istənilən gəmini fəal şəkildə təqib edəcəklər. Komitə sədri vurğulayıb ki, bura İran neftini daşıyan "kölgə donanması" gəmiləri də daxildir.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaTramp: "İsrail və Livan atəşkəs barədə razılığa gəliblər"
"İsrail və Livan atəşkəs barədə razılığa gəliblər".
DünyaTramp Livan liderinə atəşkəs rejiminin tezliklə qüvvəyə minəcəyini bildirib
Livanın Prezidenti Cozef Aun Ağ Evin rəhbəri Donald Trampla telefon danışığı keçirib. O, telefon danışığı zamanı İsraillə atəşkəs əldə olunması istiqamətindəki səylərə görə Trampa təşəkkür edib.
DünyaTürkiyədə məktəbdə qətliam törədən şagirdin poliqonda görüntüləri yayılıb - VİDEO
Türkiyənin Kahramanmaraş vilayətinin Onikişubat rayonundakı məktəbə silahlı hücum edərək 10 nəfəri öldürüb 20 nəfəri də də yaralayan İsa Aras Mersinlinin yeni görüntüləri yayılıb.
DünyaAlmaniya ordusunda anticasus tədbiri: İclaslara smartfonla girmək qadağan edildi
Rusiya və Çinin mümkün casusluq fəaliyyətləri ilə əlaqədar olaraq Almaniyanın müdafiə naziri Boris Pistorius Bundesverin mərkəzi qərargahında şəxsi mobil telefonların istifadəsinə sərt məhdudiyyətlər tətbiq edib.