
ABŞ İranın blokadası zamanı 48 gəminin qarşısını alıb
ABŞ dəniz blokadasına başlayandan bəri İran limanlarına yönələn və ya oradan çıxmağa çalışan 48 gəminin qarşısını alıb.
ABŞ dəniz blokadasına başlayandan bəri İran limanlarına yönələn və ya oradan çıxmağa çalışan 48 gəminin qarşısını alıb.
Gundem.today xəbər verir ki, bu barədə CENTCOM sosial şəbəkədə məlumat yayıb.
Bildirilib ki, son 20 gün ərzində İranla əlaqəli 48 gəmi blokadanın icrası məqsədilə marşrutunu dəyişməyə məcbur edilib.
Məlumata görə, ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus "New Orleans" desant gəmisi hazırda Ərəbistan dənizində yerləşir və patrul xidmətini davam etdirir.
Qeyd edək ki, ABŞ-nin İran limanlarına qarşı dəniz blokadası aprelin 13-dən qüvvədədir. Pentaqonun məlumatına görə, ələ keçirilən gəmilərdən 31-i ümumilikdə 53 milyon barel İran nefti daşıyan tankerlər olub və bu yüklərin dəyəri azı 4.8 milyard dollar təşkil edir.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Dünyaİran ABŞ-yə 14 maddəlik "yol xəritəsi" təqdim etdi
İran ABŞ-yə döyüş əməliyyatlarının tam dayandırılması üçün 14 maddədən ibarət "yol xəritəsi" təqdim edib.
DünyaTramp və Si Cinpinin tarixi görüşü: Dünya iqtisadiyyatının taleyi həll olunur?
Dünyanın ərazisinə və resurslarına görə üç böyük dövlətindən (Rusiya, Çin və ABŞ) ikisi - ABŞ və Çin arasında illərdir davam edən gərginlik səngimir. Bu iki ölkənin dünya liderliyi uğrunda mübarizəsi artıq həlledici mərhələyə daxil olur. Münasibətlər bir neçə əsas istiqamətdə kəskinləşməkdədir. Birinci məsələ iqtisadi və ticaridir - tərəflər arasında ticarət tarifləri və bazara çıxış məhdudiyyətləri ilə bağlı mübarizə gedir. Xüsusilə yüksək texnologiyalı məhsulların ixracına qoyulan qadağalar Pe
DünyaLondonda atışma zamanı dörd nəfər yaralanıb
Böyük Britaniyanın paytaxtı Londonda baş verən atışma nəticəsində dörd nəfər xəsarət alıb.
DünyaABŞ daha bir ölkəyə hücum planlaşdırır?
ABŞ Administrasiyası Kubada hakimiyyətin dəyişdirilməsi məqsədilə hərbi əməliyyatlar variantını nəzərdən keçirir.