
ABŞ İspaniyanı NATO-dan çıxarmaq istəyir
ABŞ-nin Hərb Nazirliyində (Pentaqon) Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) üzrə bəzi müttəfiqlərin rəsmi Vaşinqtona İranla müharibədə kömək etmədiklərinə görə cəzalandırılması nəzərdən keçirilir.
ABŞ-nin Hərb Nazirliyində (Pentaqon) Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) üzrə bəzi müttəfiqlərin rəsmi Vaşinqtona İranla müharibədə kömək etmədiklərinə görə cəzalandırılması nəzərdən keçirilir.
Gundem.today xəbər verir ki, bu barədə "Reuters" agentliyi vəziyyətlə yaxından tanış olan özəl mənbələrinə istinadən məlumat yayıb.
Xüsusilə İspaniyanın NATO üzvlüyündən çıxarılması planı və Böyük Britaniyanın Folklend adalarına iddiaları ilə bağlı ABŞ-nin mövqeyini yenidən nəzərdən keçirildiyi vurğulanır.
Materialda qeyd edilir ki, müvafiq təkliflər Pentaqonun yüksəkrütbəli rəsmiləri arasında daxili elektron məktublarda əks olunub.
Yazışmalarda Vaşinqtonun NATO-nun bəzi müttəfiqlərinin döyüş tapşırıqlarının yerinə yetirilməsi zamanı ABŞ ordusuna öz ərazilərindəki bazalardan istifadəyə icazə verməməsindən məyusluq ifadə edilir.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Dünya"Meta" Zukerberqin xərclərini ödəmək üçün əməkdaşlarını ixtisar edəcək
"Meta" şirkəti kütləvi ixtisarlar elan edib. Təxminən 8 000 nəfər ixtisar olunacaq ki, bu da bütün personalın təqribən 10%-ni təşkil edir.
DünyaSAXAL "Hizbullah"ın hərbi obyektlərini vurdu - VİDEO
Aprelin 23-ü axşam saatlarında İsrailin şimalına edilən raket hücumuna cavab olaraq İsrail ordusu (SAXAL) Livanın cənubunda yerləşən "Hizbullah"ın iki bölgədəki hərbi obyektlərinə zərbələr endirib.
DünyaNATO təlimlərində paraşütlə atılan milyonluq hərbi maşın MƏHV OLDU - VİDEO
NATO-nun hərbi təlimləri zamanı insident qeydə alınıb. Hərbçilər İspaniya Silahlı Qüvvələrinə məxsus "URO VAMTAC" yolsuzluq avtomobilini 300 metr hündürlükdən aşırıblar.
Dünyaİndoneziya Hörmüz boğazına qoşun göndərməkdən imtina etdi
İndoneziya hökuməti Böyük Britaniya və Fransanın Hörmüz boğazında dəniz naviqasiyasının təhlükəsizliyini təmin etmək məqsədilə yaratdıqları missiyaya qatılmaqdan, bölgəyə hərbi kontingent yollamaqdan imtina edib.