
ABŞ-nin İrana qarşı hərbi əməliyyatlarının XƏRCLƏRİ AÇIQLANDI
ABŞ-nin İrana qarşı hərbi əməliyyatlarının xərcləri açıqlanıb.
ABŞ-nin İrana qarşı hərbi əməliyyatlarının xərcləri açıqlanıb.
Gundem.today xəbər verir ki, bu barədə "Iran War Cost Tracker" portalı məlumat yayıb.
Qeyd olunur ki, hücumların başlanmasından 55 gün keçib. Bu ana qədər ABŞ-nin xərcləri 61.2 milyard dollar təşkil edir.
Portalın məlumatına görə, münaqişənin ilk 6 günündə Birləşmiş Ştatlar 11.3 milyard dollar xərcləyib. Hesablamalara görə, hərbi əməliyyatlar Vaşinqtona saniyədə 11.5 min, saatda 41 666 667 və sutkada bir milyard dollara başa gəlir.
Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.
İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.
Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.
İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.
Həmçinin Hörmüz boğazından gəmilərin keçidində ciddi problemlər yaranıb.
Aprelin 8-də Donald Tramp Tehrana verdiyi ultimatumun vaxtının bitməsinə bir neçə saat qalmış Vaşinqtonun ikihəftəlik atəşkəslə razılaşdığını elan edib.
Daha sonra İslamabadda tərəflərin ilk görüşü keçirilib.
Aprelin 22-nə planlaşdırılmış ikinci görüş isə baş tutmayıb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaƏfqanıstanda güclü yağışlar səbəbindən ev çökdü, bir ailənin beş üzvü öldü
Əfqanıstanın Badqis vilayətində yaşayış evinin damının çökməsi nəticəsində dörd uşaq və bir qadın olmaqla ailənin beş üzvü həlak olub.
DünyaVolodimir Zelenski: "Ukrayna Rusiya ilə danışıqların Azərbaycanda keçirilməsinə hazırdır"
Ukrayna Prezidenti Volodimir Zelenski rəsmi Moskvanın razılığı ilə Rusiya ilə danışıqların növbəti mərhələsini Azərbaycanda keçirməyə hazır olduğunu bildirib.
DünyaKolumbiyada terror: Hərbi bazanın yaxınlığında iki avtomobil partladıldı - VİDEO
Kolumbiya ordusunun mühəndislik batalyonunun bazası yaxınlığında iki avtomobil partladılıb.
DünyaAlmaniya Hörmüz boğazı istiqamətinə əvvəlcədən gəmilər göndərib
Almaniya hökuməti gələcəkdə zaman itkisinə yol verməmək məqsədilə Hörmüz boğazı istiqamətinə hərbi gəmilər yollayıb.