Son dəqiqə
Körfəzdə müharibə anonsu? - İran ABŞ hərbi qüvvələrinə raket zərbələri endirdiABŞ-də güclü qasırğa: Missisipidə yüzlərlə ev dağılıb, yaralılar var - VİDEOİran səmasında gərginlik: İki PUA vurularaq məhv edildi"AQTA "at əti" dedi, restoran rəhbərliyi təkzib etdi: "Bizdə ancaq quzu olur" - VİDEOTramp Avropa İttifaqına ticarət sazişi ilə bağlı xəbərdarlıq edibMeksikada qəzəbli sakinlər merə hücum çəkdilər
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Şou-biznes
  3. ABŞ-nin məşhur repçisi narkotik satışı ittihamı ilə həbs edildi
ABŞ-nin məşhur repçisi narkotik satışı ittihamı ilə həbs edildi
Şou-biznes

ABŞ-nin məşhur repçisi narkotik satışı ittihamı ilə həbs edildi

Bu gün
23:12
0 baxış
Paylaş:

ABŞ-nin Florida ştatında məşhur repçi "Kodak Black" (əsl adı - Bill Kahan Kapri) polis tərəfindən saxlanılıb.

ABŞ-nin Florida ştatında məşhur repçi "Kodak Black" (əsl adı - Bill Kahan Kapri) polis tərəfindən saxlanılıb.

Gundem.today xəbər verir ki, bu barədə "TMZ" nəşri məlumat yayıb.

Məlumata görə, Bill Kahan Kapri stimullaşdırıcı təsirə malik sintetik narkotik vasitələrin satışı ittihamı ilə üzləşib.

Sənətçinin vəkili Bredford Koen bildirib ki, həbs qərarı 2025-ci ilin noyabrında başlanmış cinayət işi ilə əlaqədardır. Onun sözlərinə görə, avtomobildə aparılan axtarış zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları öskürək siropu şüşəsi üzərində repçiyə aid barmaq izləri aşkar ediblər.

Vəkil xüsusi vurğulayıb ki, axtarış zamanı ifaçının özü avtomobildə olmayıb.

Bredford Koen hesab edir ki, "Kodak Black"ə qarşı irəli sürülən ittihamların hüquqi əsası zəifdir və o, bu iddialara rəsmi qaydada etiraz etməyə hazırlaşır.

"TMZ"nin məlumatına görə, Bill Kahan Kapri daha əvvəl də silah və narkotik saxlama, xəsarət yetirmə, basqın və qanunsuz daxilolma kimi əməllərə görə dəfələrlə məsuliyyətə cəlb olunub.

Qeyd edək ki, "Kodak Black" "Lil B.I.G. Pac" adlı dördüncü miksteypindən sonra geniş populyarlıq qazanıb. İfaçının ilk studiya albomu olan "Painting Pictures" isə 2017-ci ildə təqdim olunub.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Kodak_Black_həbsi#repçi_Bill_Kahan_Kapri#Kodak_Black_Florida#TMZ_xəbərləri#sintetik_narkotik_ittihamı#repçi_saxlanılıb#məşhurların_həbsi#öskürək_sirobu_barmaq_izi#Bredford_Koen#şou-biznes_xəbərləri.

Oxşar Xəbərlər

Aktrisa Liza Kudrou "Dostlar" serialındakı Ross obrazını tənqid edibŞou-biznes

Aktrisa Liza Kudrou "Dostlar" serialındakı Ross obrazını tənqid edib

Məşhur aktrisa Liza Kudrou "Dostlar" (Friends) serialının pərəstişkarları arasında illərdir davam edən Ross və Reyçel münasibətləri ilə bağlı polemikalara münasibət bildirib.

Bu gün
11:560
Ancelina Coli Bred Pittlə məhkəmə mübahisəsində mühüm qələbə qazanıbŞou-biznes

Ancelina Coli Bred Pittlə məhkəmə mübahisəsində mühüm qələbə qazanıb

Amerikalı aktrisa Ancelina Coli "Chateau Miraval" şərab zavodu ilə bağlı davam edən məhkəmə çəkişməsində həmkarı və keçmiş həyat yoldaşı Bred Pittə qarşı mühüm hüquqi qələbə qazanıb.

Bu gün
06:160
Ancelina Coli məhkəmədə Bred Pittə qalib gəldiŞou-biznes

Ancelina Coli məhkəmədə Bred Pittə qalib gəldi

Amerikalı aktrisa Ancelina Coli "Chateau Miraval" şərab zavodu ilə bağlı davam edən məhkəmə çəkişməsində həmkarı və keçmiş həyat yoldaşı Bred Pittə qarşı mühüm hüquqi qələbə qazanıb.

Bu gün
06:160
"Met Gala"da qısqanclıq qalmaqalı: Rihanna və "A$AP Rocky" mübahisə etdilər - FOTO - VİDEOŞou-biznes

"Met Gala"da qısqanclıq qalmaqalı: Rihanna və "A$AP Rocky" mübahisə etdilər - FOTO - VİDEO

Məşhur müğənni Rihanna və reper "A$AP Rocky" arasında "Met Gala" gecəsində qısqanclıq zəminində mübahisə düşüb.

Bu gün
02:240