
ABŞ və İranın razılığa gələ bilməməsi Honkonq birjasında təlaş yaradıb
Tehran və Vaşinqton arasındakı münaqişənin həllinə yönəlik razılaşmanın əldə olunmaması səbəbindən Honkonq Fond Birjasında səhmlərin dəyəri ucuzlaşmaqdadır.
Tehran və Vaşinqton arasındakı münaqişənin həllinə yönəlik razılaşmanın əldə olunmaması səbəbindən Honkonq Fond Birjasında səhmlərin dəyəri ucuzlaşmaqdadır.
Gundem.today xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayımlayıb.
Səhər baş tutan ticarət sessiyasının yekunlarına görə, əsas göstərici sayılan Hang Seng İndeksi 350.47 bənd (1.32 faiz) geriləyərək 26 137.01 səviyyəsinə enib.
Birjadakı digər indekslərdə də geriləmə müşahidə edilib. Honkonqda qeydiyyatdan keçmiş Çin aktivlərinin ümumi vəziyyətini əks etdirən "Hang Seng China Enterprises" İndeksi 138.62 bənd (1.55 faiz) ucuzlaşaraq 8 804.92 səviyyəsinə geriləyib. Ən kəskin faiz enişi isə 30 aparıcı texnoloji korporasiyanın səhmlərini dəyərləndirən Hang Seng Tech İndeksində qeydə alınıb və bu göstərici 2.19 faiz (111,08 bənd) azalaraq 4 950.67-yə çatıb.
Bildirilir k, ABŞ və İran arasında Hörmüz boğazı ilə bağlı problemin həlli istiqamətindəki danışıqların nəticəsiz qalması investorları təşvişə salıb.
"Vaşinqtonla Tehranın apardığı dialoq hələlik qalıcı bir nəticə verməyib. Hazırda sadəcə qısamüddətli addımlar atılıb ki, bu da gələcək risklərin tam aradan qalxmadığını göstərir və birjaya mənfi təsir edir", - deyə məlumatda qeyd olunub.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaUkraynadan Macarıstan və Slovakiyaya neft nəqli bərpa olunur
Ukraynadan keçən "Drujba" boru kəmərinin doldurulmasına başlanılıb.
DünyaABŞ-də neft ehtiyatları gözlənilmədən iki milyon barelə yaxın artıb
ABŞ-də kommersiya neft ehtiyatları ötən həftə 1.93 milyon barel artaraq 465.7 milyon barelə çatıb.
DünyaHindistanda fişəng fabrikində partlayış: 13 nəfər həlak oldu - VİDEO
Hindistanın Kerala ştatında fişəng fabrikində baş verən partlayış nəticəsində azı 13 nəfər həlak olub.
DünyaVaşinqton İranla müharibədə onu dəstəkləməyən NATO üzvlərini cəzalandırmağı planlaşdırır
Amerika Birləşmiş Ştatları Şimali Atlantika Alyansına (NATO) üzv olan dövlətlərin hərbi bloka verdiyi dəstəyin səviyyəsinə görə xüsusi siyahı tərtib edib.