
ABŞ və Venesuela arasında birbaşa aviareyslər bərpa olundu - VİDEO
ABŞ ilə Venesuela arasında təxminən yeddi ildən sonra ilk dəfə kommersiya təyinatlı sərnişin təyyarəsinin uçuşu baş tutub.
ABŞ ilə Venesuela arasında təxminən yeddi ildən sonra ilk dəfə kommersiya təyinatlı sərnişin təyyarəsinin uçuşu baş tutub.
Gundem.today xəbər verir ki, bu barədə "The New York Times" (NYT) nəşri məlumat yayıb.
"American Airlines" aviaşirkətinə məxsus hava gəmisi aprelin 30-da ABŞ hava limanından Karakasa doğru istiqamət alıb. Uçuşdan öncə rəmzi lentin kəsilməsi mərasimi keçirilib.
"Dövlətlərimiz arasında yeddi ilə yaxın idi ki, birbaşa kommersiya aviareysləri mövcud deyildi. ABŞ rəhbəri Donald Trampın dövründə biz bu gün bu vəziyyəti dəyişirik", - deyə Dövlət Departamentinin nümayəndəsi Nataliya Molano bildirib.
Venesuelanın Vaşinqtondakı səfiri Feliks Plasensiya isə "American Airlines"ın 3 599 saylı reysinin dialoqdan əməli fəaliyyətə keçidi simvolizə etdiyini vurğulayıb. Diplomatın sözlərinə görə, hava əlaqəsinin bərpası Karakasla Vaşinqton arasındakı qarşılıqlı anlaşmanın yeni səviyyəyə qədəm qoyduğunu nümayiş etdirir.
NYT qeyd edir ki, ilk uçuşla gedən sərnişinlər əsasən ABŞ hökumətinin rəsmiləri, "American Airlines" əməkdaşları və media nümayəndələri olub. Aviaşirkət Mayami və Karakas arasında hər gün bir reys həyata keçirməyi, mayın 21-dən isə bu uçuşların sayını gündəlik ikiyə çatdırmağı planlaşdırır.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Dünyaİtaliyada meşə yanğınları: Minlərlə insan təxliyə edildi - VİDEO
İtaliyanın Toskana bölgəsində, Piza ilə Lukka şəhərləri arasında tüğyan edən meşə yanğınları səbəbindən 3 500-dən çox insan təxliyə olunub.
DünyaNiderland meşə yanğınları ilə bacarmır - İlk dəfə Avropa ölkələrindən yardım istədi
Niderlandda bir neçə hərbi poliqonda baş verən meşə yağınlarının qarşısını almaq məqsədilə Avropa ölkələrinə müraciət edərək yardım istəyib.
DünyaAvropa Parlamentinin qərəzli qətnaməsi, sülh prosesinə maneə yaratmaq məqsədi - FOTO
"Avropa Parlamenti adlanan, demokratik dəyərlərin iflasa uğradığı, korrupsiya və rüşvətxorluğun dərin kök saldığı, lobbi qruplarına və müxtəlif maraq dairələrinə xidmət edən, bir qrup məsuliyyətini anlamayanlardan ibarət "parlamentari"nin mövcud olduğu bir "qurum"un ölkəmizə qarşı qəbul etdiyi növbəti qərəzli qətnamə hər birimizdə ikrah doğurur. Bu əsassız, ittiham və qərəzlə dolu qətnamə sadəcə əhəmiyyətsiz bir kağız parçasıdır".
DünyaRəsmi Pekindən sərt açıqlama: ABŞ-ni qisasla hədələdi
Əgər ABŞ telekommunikasiya sahəsində əlavə qadağalar tətbiq edərsə, Pekin yerli şirkətlərin müdafiəsi istiqamətində bütün zəruri addımları atacaq.