
ABŞ yeni "Qiyamət günü təyyarəsi"nin istehsalına başlayır
ABŞ Hərbi Hava Qüvvələri "Qiyamət günü təyyarəsi" kimi tanınan yeni "E-4C" hava komanda məntəqəsinin inkişaf etdirilməsi məqsədilə hökumətdən 2.2 milyard dollar vəsait istəyib.
ABŞ Hərbi Hava Qüvvələri "Qiyamət günü təyyarəsi" kimi tanınan yeni "E-4C" hava komanda məntəqəsinin inkişaf etdirilməsi məqsədilə hökumətdən 2.2 milyard dollar vəsait istəyib.
Gundem.today xəbər verir ki, bu barədə "RİA Novosti" agentliyi müvafiq büdcə sənədlərinə istinadən məlumat yayıb.
Bu məbləğin 2027-ci maliyyə ili üçün ayrılması nəzərdə tutulur ki, bu da cari ildə proqrama yönəldilən vəsaitdən 23.2% çoxdur. Yeni hava gəmisinin hazırkı "E-4B" modelini əvəzləyəcəyi gözlənilir. Sözügedən texnika nüvə partlayışının təsirlərindən və elektromaqnit müdaxilələrindən qorunacaq. Bu xüsusiyyətlər yerüstü infrastruktur dağılacağı təqdirdə belə, rabitə və koordinasiyanı qoruyub saxlamağa imkan verəcək. Layihənin işlənib hazırlanması üçün müqavilə "Sierra Nevada Corporation" şirkəti ilə imzalanıb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaABŞ-nin hücum helikopteri İran dronu ilə vurulub - İDDİA - VİDEO
ABŞ-nin "AH-64 Apache" hərbi hücum helikopteri Hörmüz boğazı yaxınlığında qəzaya uğrayıb.
DünyaRusiyada partladılan avtomobildə Müdafiə Nazirliyinin idarə rəisi həlak olub - FOTO - VİDEO
Moskva vilayətinin Balaşixa şəhərində avtomobilin partlaması nəticəsində sürücü həyatını itirib.
Dünyaİsveçdə daimi yaşayış icazəsi ləğv edildi
İsveç parlamenti hökumətin sığınacaq axtaran şəxslər üçün daimi yaşayış icazəsinin ləğv edilməsi barədə təklifini dəstəkləyib.
DünyaDağıstanda qazpaylayıcı stansiyada partlayış baş verib - VİDEO
Dağıstanın Kizilyurt sənaye zonasında qazpaylayıcı stansiyada yanğın qeydə alınıb.