Son dəqiqə
Rusiya-Ukrayna müharibəsi bitir? - Son danışıqlardan yeni siqnallarYükdaşıma şirkəti aylardır əməkhaqqıları ödəmir? - İşçilərdən ŞİKAYƏT - VİDEOADSEA-nın tabeli qurumları Bakı və Abşeronda suçəkmə işlərini davam etdirirlər - VİDEOTramp: "İran nüvə silahından imtina edəcəyini bildirir""Karvan-Yevlax"ın baş məşqçisi: "Hesab daha böyük ola bilərdi"Kişilərin cəmiyyətdə şok yaradan hərəkəti - VİDEO
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Cəmiyyət
  3. Abşeronda şagirdlərin tibbi müayinəsi ilə bağlı NARAZILIQ: Valideynlər çətin vəziyyətdə qalıblar - VİDEO
Abşeronda şagirdlərin tibbi müayinəsi ilə bağlı NARAZILIQ: Valideynlər çətin vəziyyətdə qalıblar - VİDEO
Cəmiyyət

Abşeronda şagirdlərin tibbi müayinəsi ilə bağlı NARAZILIQ: Valideynlər çətin vəziyyətdə qalıblar - VİDEO

Bu gün
20:24
0 baxış
Paylaş:

Abşeron rayonunda şagirdlərin tibbi dispanserizasiyadan keçirilməsi ilə bağlı tətbiq olunan qayda valideynlərin narazılığına səbəb olub.

Abşeron rayonunda şagirdlərin tibbi dispanserizasiyadan keçirilməsi ilə bağlı tətbiq olunan qayda valideynlərin narazılığına səbəb olub.

Bu barədə Gundem.today-a şikayət daxil olub.

Qeyd olunub ki, Abşeron Rayon Təhsil İdarəsi dərs ilinin sonuna yaxın məktəblilərdən tibbi müayinədən keçməyi tələb edir. Lakin bu proses məktəblərdə təşkil olunmur, şagirdlər birbaşa Abşeron Rayon Mərkəzi Xəstəxanası yönləndirilirlər.

Şikayətlərdə bildirilir ki, xəstəxanada artıq gündəlik müayinə üçün gələn vətəndaşlarla yanaşı, məktəblilər və onların valideynləri də kütləvi şəkildə ora üz tuturlar. Bu isə tibb müəssisəsində sıxlıq və uzun növbələrin yaranmasına səbəb olur.

Valideynlər qeyd edirlər ki, mövcud şəraitdə şagirdləri həftələrlə məktəbdən yayındıraraq xəstəxanada növbəyə durmaq məcburiyyətində qalırlar. Bu hal həm tədris prosesinə mənfi təsir göstərir, həm də ailələr üçün əlavə çətinliklər yaradır.

"Əgər tibbi arayışın alınması zəruridirsə, ya məktəblərə həkim briqadaları göndərilsin, ya da xəstəxanada növbəlilik sistemi tətbiq edilərək hər məktəb üçün ayrıca günlər müəyyənləşdirilsin", - deyə şikayətdə bildirilib.

Abşeron-Xızı Regional Təhsil İdarəsindən Gundem.today-ın sorğusuna cavab olaraq bildirilib ki, şagirdlərin tibbi-profilaktik müayinələrinin (icbari dispanserizasiyanın) təşkili Nazirlər Kabinetinin müvafiq qərarının tələblərinə uyğun olaraq həyata keçirilir və qərarda nəzərdə tutulan sənədlərin təqdim edilməsi istənilir.

"İcbari dispanserizasiyanın məqsədi uşaqların sağlamlığının qorunması və möhkəmləndirilməsi, xəstələnmə hallarının azaldılması, eləcə də uşaqların xəstəliklərdən qorunmasıdır", - deyə məlumatda bildirilir.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Cəmiyyət#Sakin_şikayəti#Abşeron-Xızı_Regional_Təhsil_İdarəsi

Oxşar Xəbərlər

Yükdaşıma şirkəti aylardır əməkhaqqıları ödəmir? - İşçilərdən ŞİKAYƏT - VİDEOCəmiyyət

Yükdaşıma şirkəti aylardır əməkhaqqıları ödəmir? - İşçilərdən ŞİKAYƏT - VİDEO

Baku TV-nin qaynar xəttinə daxil olan kütləvi müraciətdə vətəndaşlar bildiriblər ki, "188" yükdaşıma şirkətində çalışan işçilərə artıq aylardır əməkhaqqı ödənilmir.

Bu gün
22:080
ADSEA-nın tabeli qurumları Bakı və Abşeronda suçəkmə işlərini davam etdirirlər - VİDEOCəmiyyət

ADSEA-nın tabeli qurumları Bakı və Abşeronda suçəkmə işlərini davam etdirirlər - VİDEO

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeli qurumları, o cümlədən İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti və yerli sukanal idarələri gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.

Bu gün
21:540
Kişilərin cəmiyyətdə şok yaradan hərəkəti - VİDEOCəmiyyət

Kişilərin cəmiyyətdə şok yaradan hərəkəti - VİDEO

Azərbaycanda ənənəvi olaraq qadınlar ailə qurduqdan sonra həyat yoldaşlarının soyadını qəbul edirlər. Lakin son illər bu ənənədə müəyyən dəyişikliklər müşahidə olunur.

Bu gün
21:240
13 il əvvəl qətl törədən şəxs ələ keçirildi - Xəbərlərin 20:00 buraxılışıCəmiyyət

13 il əvvəl qətl törədən şəxs ələ keçirildi - Xəbərlərin 20:00 buraxılışı

Baku TV-nin canlı yayımında xəbər vaxtıdır.

Bu gün
20:000