
Afrika ölkələrinin birində vəba epidemiyasının yayıldığı açıqlandı
Burundinin səhiyyə naziri Lidvin Baradaxana ölkədə vəba epidemiyasının yenidən başladığını açıqlayıb.
Burundinin səhiyyə naziri Lidvin Baradaxana ölkədə vəba epidemiyasının yenidən başladığını açıqlayıb.
Gundem.today xəbər verir ki, bu barədə o, paytaxt Bujumburada keçirilən mətbuat konfransında danışıb.
Onun sözlərinə görə, hazırda vəba üzrə ixtisaslaşmış iki müalicə mərkəzində 34 xəstə var. Təkcə aprelin 1-də 18 yeni xəstə qəbul olunub.
Hökumət orqanları yoluxma hallarının artmasını sanitar-gigiyenik qaydalara kifayət qədər əməl olunmaması ilə əlaqələndirirlər. Hökumət UNICEF-in dəstəyi ilə cavab tədbirlərini gücləndirir.
Qeyd edək, vəba "Vibrio cholerae" bakteriyasının törətdiyi kəskin bağırsaq infeksiyasıdır. Çirkli su və qida vasitəsilə yayılır. Əsas simptomlara ishal, güclü qusma, sürətli susuzlaşma, əzələ qıcolmaları və arterial təzyiqin kəskin düşməsi daxildir. Vaxtında müalicə olunmadıqda xəstəlik bir neçə saat ərzində ölümlə nəticələnə bilər.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaABŞ-də benzinin qiyməti son dörd ildə ən yüksək səviyyəyə çatdı
ABŞ-də benzinin orta qiyməti bir qallon (təxminən 3.8 litr) üçün 4.1 dolları keçərək tarixdə ikinci ən yüksək göstəriciyə çatıb.
Dünyaİtaliyada nüfuzlu mafiya üzvü saxlanılıb
İtaliya Daxili İşlər Nazirliyinin ən təhlükəli mafiya üzvləri siyahısına daxil edilən Roberto Matsarella saxlanılıb.
Dünyaİraq gəmiləri Hörmüz boğazından keçid məhdudiyyətlərindən azad edilib
İraq Hörmüz boğazından gəmilərin keçidi ilə bağlı tətbiq olunan məhdudiyyətlərdən azad edilib.
DünyaRəcəb Tayyib Ərdoğan HƏMAS-ın nümayəndə heyətini qəbul edib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda Fələstinin HƏMAS təşkilatının nümayəndə heyətini qəbul edib.