
Ağ Ev İranı "cəhənnəm"lə hədələdi
Ağ Evin mətbuat katibi Kerolayn Levitt bəyan edib ki, əgər Tehran müharibədəki məğlubiyyətini etiraf etməsə, ABŞ İrana "indiyə qədərki ən ağır" zərbəni endirəcək.
Ağ Evin mətbuat katibi Kerolayn Levitt bəyan edib ki, əgər Tehran müharibədəki məğlubiyyətini etiraf etməsə, ABŞ İrana "indiyə qədərki ən ağır" zərbəni endirəcək.
Gundem.today "Yevropeyskaya pravda"ya istinadən xəbər verir ki, K.Levitt bu barədə brifinqdə bildirib.
K.Levittin sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp hərbi əməliyyatlara deyil, sülhə üstünlük verir. Lakin o vurğulayıb ki, əgər Tehran məğlubiyyətini etiraf etməkdən imtina edərsə, "cəhənnəmi dadacaq".
"Əgər İran bugünkü reallıqları qəbul etməsə - hərbi cəhətdən məğlub olduğunu və bu məğlubiyyətin davam edəcəyini anlamasa - Prezident Tramp İranın əvvəllər heç vaxt olmadığı qədər güclü zərbə almasını təmin edəcək... Prezident Tramp blef etmir, o, cəhənnəmi alovlandırmağa hazırdır. İran yenidən yanlış hesablamaya yol verməməlidir", - deyə Ağ Evin mətbuat katibi qeyd edib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaAvropada məişət qazında yüksək miqdarda təhlükəli maddə aşkarlanıb
Qərbi Avropanın bir neçə şəhərində məişətdə istifadə olunan qazda yüksək səviyyədə benzol aşkarlanıb.
DünyaKİV: İran ABŞ qüvvələrinin Xarq adasına mümkün hücumuna hazırlaşır
İran son həftələrdə ABŞ-nin mümkün müdaxiləsi ehtimalına qarşı Xarq adası ərazisində tələlər qurur və əlavə qüvvələr yerləşdirir.
Dünyaİran XİN başçısı Hörmüz boğazını bəzi ölkələr üçün açdıqlarını bildirib
"İran dost hesab etdiyi ölkələrin gəmilərinə Hörmüz boğazından keçid hüququ verib".
DünyaNetanyahunun mətbuat katibi istefaya gedir
İsrail baş nazirinin mətbuat katibi Ziv Aqmon sərt açıqlamalarına görə ünvanına yönələn tənqidlər fonunda istefa verir.