
Ağdama qayıdan sakindən duyğulu sözlər: "Köçkün düşəndə bir nəvəm var idi, indi üç nəticəm var"
"Şükür Allaha ki, şəhidlərimizin qanı yerdə qalmadı".
"Şükür Allaha ki, şəhidlərimizin qanı yerdə qalmadı".
Bu sözləri Gundem.today-a açıqlamasında Bakıdan Ağdam şəhərinə köç edən keçmiş məcburi köçkün Zəminə Kazımova deyib.
O bildirib ki, Ağdamdan çıxanda 45 yaşında olub:
"Allah onlara rəhmət eləsin. Şəhidlərimizin valideynlərinə səbr diləyirəm. Qarşılarında baş əyirəm. Məcburi köçkün olanda 45 yaşım var idi. İndi isə 78 yaşındayam. Şükür ki, bu yaşımda mənə Ağdama qayıtmaq qismət oldu. Köçkün düşəndə bir nəvəm var idi. İndi dörd nəvəm var, üç nəticəm var".
Z.Kazımova ölkə başçısına minnətdarlığını bildirib:
"Bu günləri bizə yaşatdığı üçün Ali Baş Komandanımıza, müzəffər Ordumuza minnətdarıq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin!"
Xatırladaq ki, bu gün Ağdam şəhərinə növbəti köç karvanı yola salınır. Bu mərhələdə 110 ailə (397 nəfər) öz doğma yurduna köçürülür.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətAğdam daha 110 ailəyə qucaq açır: Bu dəfə 397 nəfər yurduna dönür
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Böyük Qayıdış prosesi çərçivəsində bu gün Ağdam şəhərinə növbəti köç karvanı baş tutur.
CəmiyyətAğdam daha 110 ailəyə qucaq açır: Bu dəfə 397 nəfər yurduna yola salındı - VİDEO
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Böyük Qayıdış prosesi çərçivəsində bu gün Ağdam şəhərinə növbəti köç karvanı baş tutur.
CəmiyyətŞamil Hüseynov: "Ağdamda İş-güc qurub, xoşbəxt yaşayacağıq"
"Bütün evindən, obasından didərgin salınmış insanlar kimi, müvəqqəti məcburi köçkün həyatı yaşadıq".
CəmiyyətŞamil Hüseynov: "Ağdamda iş-güc qurub, xoşbəxt yaşayacağıq"
"Bütün evindən, obasından didərgin salınmış insanlar kimi, müvəqqəti məcburi köçkün həyatı yaşadıq".