Ailəsinə qarşı mübarizə apardı və "ölüm qələbəsi" qazandı: İspaniyada şok hadisə
Dünya

Ailəsinə qarşı mübarizə apardı və "ölüm qələbəsi" qazandı: İspaniyada şok hadisə

İndi
02:14
1 baxış
Paylaş:

İspaniyada 25 yaşlı Noelia Kastillo Ramos uzunmüddətli məhkəmə mübarizəsindən sonra evtanaziya hüququ əldə edib və ona bu prosedur tətbiq olunub.

İspaniyada 25 yaşlı Noelia Kastillo Ramos uzunmüddətli məhkəmə mübarizəsindən sonra evtanaziya hüququ əldə edib və ona bu prosedur tətbiq olunub.

Gundem.today "The Guardian"a istinadən xəbər verir ki, qadın iki il ərzində bu hüquq uğrunda öz ailəsinə qarşı mübarizə aparıb.

Bildirilir ki, Noelia zorakılıqdan sonra intihara cəhd edib, nəticədə qismən iflic olub və daimi ağrılardan əziyyət çəkib. 2024-cü ildə evtanaziya üçün müraciət edən qadının vəziyyəti tibbi komissiya tərəfindən sağalmaz və ağır iztirablarla müşayiət olunan hal kimi qiymətləndirilib.

Onun atası və "Aboqados Kristianos" təşkilatı prosedurun dayandırılmasına çalışsalar da, İspaniyanın ali məhkəmələri və Avropa İnsan Hüquqları Məhkəməsi evtanaziya hüququnu təsdiqləyib.

Məhkəmə qərarından sonra prosedur tibbi müəssisədə həyata keçirilib.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Dünya#İspaniya#Evtanaziya

Oxşar Xəbərlər