
Ali Məhkəmə keçmiş federasiya prezidentinin şikayətini rədd etdi
Ali Məhkəmədə idmançı Araz Musayevin Bakı Apellyasiya Məhkəməsinin qərarından verdiyi kassasiya şikayətinə baxılıb.
Ali Məhkəmədə idmançı Araz Musayevin Bakı Apellyasiya Məhkəməsinin qərarından verdiyi kassasiya şikayətinə baxılıb.
Gundem.today-ın məlumatına görə, şikayət araşdırılaraq qərar qəbul edilib. Qərara əsasən, birinci və ikinci instansiya məhkəmələrinin qərarları qüvvədə saxlanılıb, idmançının şikayəti rədd edilib.
Xatırladaq ki, idmançı Araz Musayev Azər Həsənsoyun Azərbaycan Muaytay Federasiyasının prezidenti seçilməsi ilə bağlı 2 noyabr 2024-cü ildə keçirilən konfransının qərarının ləğv edilməsi ilə bağlı Yasamal Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə iddianı rədd edərək konfransın qərarını qüvvədə saxlamışdı.
Birinci instansiya məhkəməsi ilə razılaşmayan idmançı qərardan apellyasiya şikayəti versə də, Bakı Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb idmançının şikayətini rədd etmişdi. Nəticədə A.Musayev Bakı Apellyasiya Məhkəməsinin qərarından Ali Məhkəməyə kassasiya şikayəti vermişdi.
Qeyd edək ki, idmançı Araz Musayev 2022-2024-cü illərdə Azərbaycan Muaytay Federasiyasının prezidenti olub.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Cəmiyyətbp və TLM Azərbaycanda xalça sənətinə dair üç kitabın təqdimatını etdi - FOTO
Azərbaycan Milli Xalça Muzeyində bp şirkətinin dəstəyi ilə Təşəbbüslər və Layihələr Mərkəzinin (TLM) layihəsi əsasında hazırlanmış Azərbaycan xalça sənətinə dair üç kitabdan ibarət nəşrlər toplusunun təqdimat mərasimi keçirilib. Təqdimat Bakı şəhərində keçirilən "Beynəlxalq Xalça Festivalı 2026" ilə eyni vaxta təsadüf edib.
Cəmiyyətİstilik və isti suya görə ödənişlə bağlı YENİ TƏLƏB
İstehlak edilmiş istiliyin və (və ya) isti suyun dəyəri barədə hesab istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra müvafiq vəsaiti 30 gün müddətində tam məbləğdə ödənməlidir.
CəmiyyətŞəmkirdə dörd kənd qazsız qalacaq
Sabah saat 10:00-dan etibarən Şəmkir rayonunun Könüllü, Abbaslı, Seyfəli və Mehrli kəndlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
CəmiyyətNəsimi rayonunda "Təmiz hava" aylığı ilə bağlı tədbir keçirilib - VİDEO
Nəsimi rayonunda yol polisi "Təmiz hava" aylığı ilə bağlı tədbir keçirib.