
Almaniya kansleri: "Dünya epoxial dönüş nöqtəsindədir"
Almaniya kansleri Fridrix Merts dünyanın epoxial dönüş nöqtəsi yaşadığını bəyan edib. O, ölkəsinin hökuməti tərəfindən planlaşdırılan islahatlarla bağlı səbir nümayiş etdirməyə çağırıb.
Almaniya kansleri Fridrix Merts dünyanın epoxial dönüş nöqtəsi yaşadığını bəyan edib. O, ölkəsinin hökuməti tərəfindən planlaşdırılan islahatlarla bağlı səbir nümayiş etdirməyə çağırıb.
Gundem.today-ın TASS-a istinadən xəbərinə görə, Fridrix Merts bu barədə Şimali Reyn-Vestfaliya federal əyalətinin hakimiyyəti tərəfindən təşkil edilən iqtisadi konfransda danışıb.
O, Almaniyanın üzləşdiyi vəziyyəti "ikili mənada çağırış" adlandırıb.
"Bu, geoiqtisadiyyata aiddir və dünyanın hazırda yaşadığı sarsıntılar ölkəmizin yığılmış struktur problemlərinin üzərinə əlavə olunur. Bunlar hamısı birlikdə hərəkətə keçməyi zəruri edir.
Üstəlik, İkinci Dünya müharibəsinin bitdiyi dövrdən bəri olmasa da, bəlkə də son onilliklərdə gördüyümüz ən genişmiqyaslı tədbirə ehtiyac yaradır", - Merts qeyd edib.
Eyni zamanda o bildirib ki, söhbət sadəcə konyunktur böhran (dünya iqtisadiyyatında və ya ayrı-ayrı ölkələrin təsərrüfat fəaliyyətində baş verən, qiymətlər, tələb-təklif, istehsal həcmi, məşğulluq və s. kəskin pisləşməsi ilə xarakterizə olunan dövri iqtisadi tənəzzül - red.) və ya struktur problemindəm getmir:
"Biz hər nəslin bir dəfə yaşadığı dərin epoxal dönüş nöqtəsinin şahidi oluruq. İkinci Dünya müharibəsindən sonra - indiyə qədər sadəcə olaraq bizim bəxtimiz gətirib", - deyə Almaniya kansleri iddia edib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Dünyaİlon Mask texnologiya şirkətini "SpaceX"ə transfer etdirir
ABŞ-li milyarder və sahibkar İlon Mask "Grok" çatbotunu yaradan "xAI Corp." texnologiya şirkətinin "SpaceX"in süni intellekt strukturuna inteqrasiya olunacağını bəyan edib.
Dünyaİspaniya Türkiyədən döyüş təyyarələri almağı planlaşdırır
İspaniya Müdafiə Nazirliyi Türkiyə istehsalı olan "Kaan" qırıcı təyyarələrini arsenalına daxil etməyi planlaşdırıb.
DünyaYer kürəsini maqnit qasırğaları bürüyəcək
Növbəti iki gün ərzində (mayın 7-də və 8-də) Yer kürəsində maqnit qasırğaları və geomaqnit dalğalanmaları gözlənilir.
DünyaTürkiyədə 77 tələbə zəhərləndi
Türkiyənin Çorum bölgəsinin Sunqurlu rayonunda tələbə qızların yataqxanasında qalan 77 nəfər qidadan zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilib.