Son dəqiqə
İsrail şekelinə bağlı ilk steyblkoin təsdiqlənibÇexiya Azərbaycanın azad edilmiş ərazilərində investisiya imkanlarını araşdıracaqİqtisadi Əməkdaşlıq Təşkilatının 18-ci Zirvə görüşü İranda keçirilməyə bilərBrent markalı neftin qiyməti 109 dolları ötübBakının bir küçəsində hərəkət birtərəfli təmin ediləcəkPrezident: "Ticarət dövriyyəmiz 800 milyon dollardan çoxdur" - VİDEO
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Dünya
  3. Almaniya kansleri: "İran amerikalıları alçaldır"
Almaniya kansleri: "İran amerikalıları alçaldır"
Dünya

Almaniya kansleri: "İran amerikalıları alçaldır"

Bu gün
19:54
0 baxış
Paylaş:

Almaniya Kansleri Fridrix Merts bəyan edib ki, Birləşmiş Ştatlar İran tərəfindən alçaldıcı vəziyyətə salınıb, çünki Vaşinqtonun hərbi kampaniyanı necə başa çatdıracağı ilə bağlı aydın təsəvvürü yoxdur.

Almaniya Kansleri Fridrix Merts bəyan edib ki, Birləşmiş Ştatlar İran tərəfindən alçaldıcı vəziyyətə salınıb, çünki Vaşinqtonun hərbi kampaniyanı necə başa çatdıracağı ilə bağlı aydın təsəvvürü yoxdur.

Gundem.today bu barədə "N-TV" portalına istinadən xəbər verir.

"Görünən odur ki, amerikalıların strategiyası yoxdur. Xüsusən də iranlıların danışıqları çox məharətlə apardıqlarını - yaxud da çox məharətlə aparmadıqlarını nəzərə alsaq, hazırda amerikalıların hansı strateji çıxış yolunu seçəcəklərini görmürəm", - deyə siyasətçi bildirib.

Almaniya hökumətinin başçısı vurğulayıb ki, amerikalılar İran dövlət aparatı tərəfindən, ilk növbədə isə İslam İnqilabı Keşikçiləri Korpusu tərəfindən alçaldılma ilə üzləşirlər.

F.Merts həmçinin Əfqanıstan və İraqdakı münaqişələrlə paralellər apararaq qeyd edib ki, əsas çətinlik hər zaman hərbi əməliyyatları bitirmək yolunu tapmaqdır. Onun sözlərinə görə, məhz buna görə də İrana qarşı müharibəyə başlamaq qərarı düşünülməmiş addım olub.

Siyasətçi bütün bunların ən qısa zamanda başa çatacağına ümid etdiyini bildirib, lakin mövcud vəziyyətdə belə bir perspektiv görmədiyini vurğulayıb.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Dünya#İran#Almaniya#İraq#İslam_İnqilabı_Keşikçiləri_Korpusu_(SEPAH)#Fridrix_Merts#Amerika_Birləşmiş_Ştatları_(ABŞ)

Oxşar Xəbərlər

İsrail şekelinə bağlı ilk steyblkoin təsdiqlənibDünya

İsrail şekelinə bağlı ilk steyblkoin təsdiqlənib

İsrail şekelinə bağlı ilk steyblkoin təsdiqlənib.

Bu gün
20:540
Brent markalı neftin qiyməti 109 dolları ötübDünya

Brent markalı neftin qiyməti 109 dolları ötüb

Londonun ICE birjasında "Brent" markalı neftin 2026-cı ilin iyul ayı üzrə füçerslərinin qiyməti aprelin 7-dən bəri ilk dəfə 109 dolları ötüb.

Bu gün
20:440
Erməni kəşfiyyatçı saxlanıldıDünya

Erməni kəşfiyyatçı saxlanıldı

Ermənistanda "Kandaz" ləqəbi ilə tanınan kəşfiyyatçı Artur Avanesyan Antikorrupsiya Komitəsinə aparılıb.

Bu gün
20:120
Starmer fövqəladə toplantı çağırdıDünya

Starmer fövqəladə toplantı çağırdı

Böyük Britaniyanın Baş naziri Kir Starmer İran münaqişəsinin təsirlərini müzakirə etmək məqsədilə fövqəladə hallar komitəsinin iclasına rəhbərlik edəcək.

Bu gün
19:420