
Amerikalı diplomat: "İranın elektrik stansiyalarına zərbələr hərbi cinayət sayılmayacaq"
"İranın elektrik stansiyaları və körpülərinə zərbələr endirilməsi hərbi cinayət kimi qiymətləndirilməyəcək".
"İranın elektrik stansiyaları və körpülərinə zərbələr endirilməsi hərbi cinayət kimi qiymətləndirilməyəcək".
Gundem.today xəbər verir ki, bu sözləri ABŞ-nin BMT-dəki daimi nümayəndəsi Mayk Uolts ABC News telekanalına müsahibəsində səsləndirib.
Onun sözlərinə görə, ABŞ Administrasiyası İranla mümkün hərbi qarşıdurma fonunda bütün variantları nəzərdən keçirir və heç bir ssenari istisna edilmir.
"Bütün variantlar masadadır. Biz bu infrastrukturu nisbətən asanlıqla məhv edə bilərik. İranın hava hücumundan müdafiə sistemləri tamamilə sıradan çıxarılıb", - deyə Uolts qeyd edib.
O əlavə edib ki, hərbi məqsədlər üçün istifadə olunduğu iddia edilən infrastrukturun vurulması hərbi cinayət sayılmır.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Dünyaİran ABŞ ilə danışıqları bərpa etmək üçün şərtini açıqlayıb
İran ABŞ ilə danışıqların davam etdirilməsi ilə bağlı qərarı yalnız Vaşinqton dəniz blokadasını aradan qaldırdıqdan sonra verəcək.
DünyaTramp sosial şəbəkədə bir saat ərzində 32 paylaşım edib
ABŞ Prezidenti Donald Tramp aprelin 19-da gecə saatlarında "Truth Social" sosial şəbəkəsində cəmi bir saat ərzində 32 paylaşım edib.
DünyaSEPAH: "İran atəşkəs dövründə raket arsenalını artırıb"
"İran atəşkəs rejimi tətbiq edildikdən sonra raket buraxılış qurğuları və pilotsuz uçuş aparatı arsenalını yeniləyib".
DünyaTramp İrana ultimatum verdi: "Bəsdir"
ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Birləşmiş Ştatlar istənilən halda İranla sülh sazişinin bağlanmasına nail olacaq.