Son dəqiqə
ABŞ-İsrail-İran gərginliyi turizm bazarını silkələdi: Azərbaycana necə təsir edib? - VİDEOAvropa çempionatı: Azərbaycan güləşçiləri günü iki bürünc medalla başa vurublarSinif yoldaşını yandıran şagird spirti termosa töküb gətiribmiş - DİREKTORDAN AÇIQLAMA - VİDEOSinif yoldaşını yandıran şagird spirti termosa töküb gətiribmiş - YENİ DETALLAR - VİDEOİtaliyada 50 futbolçunun adı gecə əyləncələrində hallandıMaliyyə Nazirliyində kollegiya iclası: Dövlət büdcəsi ilə bağlı yeni rəqəmlər açıqlandı
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Mədəniyyət
  3. Anar Məmmədxanovun xatirəsinə həsr olunan "Anarsız 15 il" adlı tədbir keçirilib - VİDEO
Anar Məmmədxanovun xatirəsinə həsr olunan "Anarsız 15 il" adlı tədbir keçirilib - VİDEO
Mədəniyyət

Anar Məmmədxanovun xatirəsinə həsr olunan "Anarsız 15 il" adlı tədbir keçirilib - VİDEO

Bu gün
20:58
0 baxış
Paylaş:

Bakı Kitab Mərkəzində Bakı Şən və Hazırcavablar Klubunun (ŞHK) mərhum prezidenti, "Bakılı oğlanlar" komandasının kapitanı Anar Məmmədxanovun vəfatının 15-ci ildönümü münasibətilə "Özünə sadiq ömür: Anarsız 15 il" adlı tədbir keçirilib.

Bakı Kitab Mərkəzində Bakı Şən və Hazırcavablar Klubunun (ŞHK) mərhum prezidenti, "Bakılı oğlanlar" komandasının kapitanı Anar Məmmədxanovun vəfatının 15-ci ildönümü münasibətilə "Özünə sadiq ömür: Anarsız 15 il" adlı tədbir keçirilib.

Gundem.today "Report"a istinadən xəbər verir ki, tədbirin məqsədi A.Məmmədxanovun həyat yolunu, yaradıcılıq irsini, Azərbaycan gəncliyinə, yumor mədəniyyətinə və ictimai həyata verdiyi töhfələri bir daha xatırlatmaq və bu irsi gələcək nəsillərə çatdırmaqdır.

Tədbirdə ictimai xadimlər, media nümayəndələri, mədəniyyət və incəsənət sahəsinin tanınmış simaları, eləcə də A.Məmmədxanovu yaxından tanıyan şəxslər iştirak ediblər.

Xəzər Media Mərkəzinin baş direktoru Murad Dadaşov A.Məmmədxanovla bağlı xatirələrini bölüşərək onunla dostluğundan, birgə fəaliyyətlərindən və sənətə baxışlarından bəhs edib.

Daha sonra mərhumun xanımı İradə Məmmədxanova çıxış edərək onun həyat və ailə dəyərləri haqqında fikirlərini bölüşüb.

Ardınca Xalq yazıçısı Elmira Axundova çıxış edərək A.Məmmədxanovun həyatına həsr etdiyi "Kapitanın taleyi" əsəri barədə məlumat verib. Qeyd edib ki, kitab Azərbaycan dilinə tərcümə edilib.

Milli Məclisin deputatı Səməd Seyidov çıxışı zamanı A.Məmmədxanovun vətən sevgisindən, intellektindən və təşkilatçılıq bacarıqlarından bəhs edərək onun ictimai həyatda oynadığı rolu xüsusi vurğulayıb.

Tədbirdə çıxış edənlər arasında A.Məmmədxanovun oğlu İslam Məmmədxanov da yer alıb. O, çıxışı zamanı atasının artıq baba olduğunu qeyd edərək bu xəbərin ailə üçün xüsusi məna daşıdığını bildirib. Eyni zamanda, atasının vətənə bağlılığından danışaraq Azərbaycanın bayrağını daim uca tutmağın vacibliyini vurğulayıb.

Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə və deputat Asim Mollazadə də çıxış edərək ictimai xadimin zəngin irsindən və cəmiyyət üçün gördüyü işlərdən bəhs ediblər.

Sözügedən kitabın tərcüməçisi Rəbiqə Nazimqızı çıxışı zamanı A.Məmmədxanovun əzmkarlığından danışıb.

Tədbir çərçivəsində Anar Məmmədxanova həsr olunmuş film də nümayiş olunub.

Sonda çıxış edən incəsənət nümayəndələri onun haqqında xatirələrini bölüşərək Azərbaycan mədəniyyətindəki əvəzsiz rolunu bir daha vurğulayıblar.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Mədəniyyət#Anar_Məmmədxanov#Məleykə_Abbaszadə#Murad_Dadaşov

Oxşar Xəbərlər

"Tağıyev: Məktəb" filminin nümayiş vaxtı məlum olubMədəniyyət

"Tağıyev: Məktəb" filminin nümayiş vaxtı məlum olub

"Tağıyev: Məktəb" filminin nümayiş vaxtı məlum olub.

Bu gün
20:400
Heydər Əliyev Fondunun dəstəyi ilə hazırlanan "Sirli xəritə. Şamaxı macəraları" animasiya filmi təqdim olunubMədəniyyət

Heydər Əliyev Fondunun dəstəyi ilə hazırlanan "Sirli xəritə. Şamaxı macəraları" animasiya filmi təqdim olunub

Aprelin 21-də Nizami Kino Mərkəzində "Sirli xəritə. Şamaxı macəraları" animasiya filminin təqdimatı olub.

Bu gün
19:200
Kino Agentliyinin direktoru: "Biz film çəkmirik" - MÜSAHİBƏ - FOTOMədəniyyət

Kino Agentliyinin direktoru: "Biz film çəkmirik" - MÜSAHİBƏ - FOTO

"Kino Agentliyi olaraq bizim əsas məqsədimiz birbaşa kino çəkmək deyil, kino çəkənlər üçün şərait yaratmaqdır. Bunlar fərqli-fərqli şeylərdir. Burada istehsalçılara qədər yenə də bir neçə təchizat olmalıdır. Burada Kinematoqrafçılar İttifaqının və eyni zamanda gildiyaların çox böyük rolu var. Çünki burada ictimai nəzarət, monitorinq və s. funksiyalar mühüm əhəmiyyət daşıyır".

Bu gün
17:060
Nazir Elnur Abbasquliyevə yeni vəzifə verdi - FOTOMədəniyyət

Nazir Elnur Abbasquliyevə yeni vəzifə verdi - FOTO

Azərbaycan Dövlət Kukla Teatrına direktor müavini təyin olunub.

Bu gün
16:000