
Anna Palamar: "Dəri problemlərindən çox, onların səbəbləri məni maraqlandırır"
"20 ildir dəri sağlamlığını araşdırıram, həmçinin dərinin müalicəsi ilə məşğul oluram. Məni daha çox dəri problemləri deyil, onların səbəbləri və mahiyyəti maraqlandırır".
"20 ildir dəri sağlamlığını araşdırıram, həmçinin dərinin müalicəsi ilə məşğul oluram. Məni daha çox dəri problemləri deyil, onların səbəbləri və mahiyyəti maraqlandırır".
Gundem.today xəbər verir ki, bunu kosmetoloq və dəri üzrə mütəxəssis Anna Palamar "Nine Senses Fest 2026" festivalına həsr olunmuş mətbuat konfransında deyib.
O bildirib ki, bütün şəfaçıların və müəllimlərin istifadə etdiyi metodları yenidən canlandırır:
"Məni daha çox dəri problemlərinin özü yox, onların səbəbləri və mahiyyəti maraqlandırır. Bütün şəfaçıların və müəllimlərin istifadə etdiyi metodları yenidən canlandırıram. Bunlara vakuum terapiyası, aromaterapiya və digər üsullar daxildir. Mən bu metodların necə işlədiyini, niyə faydalı olduqlarını və bu gün də necə fayda verə bildiklərini elmi baxımdan izah edirəm".
Onun sözlərinə görə, sağlamlığa şüurlu yanaşma vacib aspektdir:
"Hər birimiz öz sağlamlığımıza görə məsuliyyət daşıyırıq və vəziyyətimiz üzərində işləmək, nəticə əldə etmək üçün müxtəlif vasitələrdən istifadə edə bilərik".
Qeyd edək ki, Bakıda "Nine Senses Fest 2026" Beynəlxalq Festivalı çərçivəsində profilaktika və sağlam həyat tərzinə həsr olunmuş tibbi panel də keçiriləcək. Panel çərçivəsində sağlamlığa profilaktik yanaşma, eləcə də yalnız dərinin deyil, bütövlükdə orqanizmin vəziyyətinin qorunmasının müasir üsullarının müzakirəsi planlaşdırılır.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətÖlkəmizdə psixi xəstələrin sayı sürətlə artır - ŞOK RƏQƏMLƏR
2025-ci ildə psixoaktiv maddələrin qəbulu ilə bağlı olan pozuntular istisna olmaqla, psixi və davranış pozuntuları diaqnozu ilk dəfə qoyulmuş 6 063 nəfər qeydiyyata alınıb.
CəmiyyətŞahbuz rayonunun Kükü kəndinə dolu düşüb - VİDEO
Naxçıvan Muxtar Respublikasında qeyri-sabit hava şəraiti hökm sürür.
CəmiyyətƏhliman Əmiraslanov və Abel Məhərrəmova VƏZİFƏ VERİLDİ
Azərbaycan Ağsaqqallar Şurası (AAŞ) sədrinə yeni müavinlər təyin olunub.
CəmiyyətSakinlərin NƏZƏRİNƏ: Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz təchizatında fasilələr yaranacaq.