
"AQTA hara baxır?" - Qanunsuz quş kəsimi sexində reyd - VİDEO
"AQTA hara baxır?" layihəsinin növbəti buraxılışında quş əti istehsalı müəssisəsində qida təhlükəsizliyi tələblərinə əməl olunması, sanitar-gigiyenik vəziyyət, istehsal prosesinin düzgün təşkili və müşayiətedici sənədlərin mövcudluğu diqqət mərkəzində saxlanılıb.
"AQTA hara baxır?" layihəsinin növbəti buraxılışında quş əti istehsalı müəssisəsində qida təhlükəsizliyi tələblərinə əməl olunması, sanitar-gigiyenik vəziyyət, istehsal prosesinin düzgün təşkili və müşayiətedici sənədlərin mövcudluğu diqqət mərkəzində saxlanılıb.
Gundem.today quruma istinadən xəbər verir ki, Abşeron rayonunun Masazır kəndində qanunsuz fəaliyyət göstərən quş kəsimi sexi aşkarlanıb. Yoxlama zamanı müəssisədə müşayiətedici sənədləri olmayan və baytarlıq ekspertizasından keçirilməyən ümumilikdə 612 baş ev quşu aşkar edilib. Həmçinin kəsim prosesinin sanitar-gigiyenik qaydalara və texniki normativ-hüquqi aktların tələblərinə uyğun aparılmadığı müəyyən olunub.
Faktla bağlı qanunvericiliyin tələblərinə uyğun tədbirlər görülərək quş kəsimi və məhsulların dövriyyəsi qadağan edilib. Məhsullar xüsusi saxlanca yerləşdirilib. Sahibkar barəsində inzibati icraata başlanılıb, müəssisənin fəaliyyəti dayandırılıb. Araşdırmalar davam etdirilir.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətAeroport yolunda avtomobil piyadanı vuraraq öldürüb
Bakıda avtomobil piyadanı vuraraq öldürüb.
CəmiyyətBir gecədə hər şey məhv oldu: Xaçmaz sakini fəryad edir - VİDEO
Aprelin 6-da yağan leysan Xaçmaz rayonunun Qaracəlli kəndində bir sıra fəsadlara yol açıb.
CəmiyyətGöygöldə avtomobillərin hərəkətində yaranan çətinlik aradan qaldırıldı
Göygöl rayonunun Aşıqlı kəndi ərazisinə yağan intensiv yağış nəticəsində torpaq uçqunu baş verib və ağac aşıb. Gəncə-Göygöl-Kəlbəcər avtomobil yolunda yaranmış fəsadların aradan qaldırılması istiqamətində işlər aparılır.
Cəmiyyət"Mənzil sökülüb, bizə kompensasiya verilməyib" - VİDEO
Evi sökülən paytaxt sakini kompensasiya ala bilmədiyini iddia edir.