
"Araz" supermarketlər şəbəkəsindən "Bir kitab, min dünya" təşəbbüsü
Veysəloğlu Şirkətlər Qrupuna (VŞQ) daxil olan "Araz" supermarketlər şəbəkəsinin 15 illik yubileyinə həsr olunmuş, 23 aprel - Dünya Kitab və Müəllif Hüquqları Günü münasibətilə "Bir kitab, min dünya" layihəsi çərçivəsində silsilə maarifləndirici və mədəni tədbirlər təşkil olunub.
Veysəloğlu Şirkətlər Qrupuna (VŞQ) daxil olan "Araz" supermarketlər şəbəkəsinin 15 illik yubileyinə həsr olunmuş, 23 aprel - Dünya Kitab və Müəllif Hüquqları Günü münasibətilə "Bir kitab, min dünya" layihəsi çərçivəsində silsilə maarifləndirici və mədəni tədbirlər təşkil olunub.
Layihənin əsas məqsədi oxu mədəniyyətinin təşviqi, əməkdaşlar arasında mütaliə vərdişlərinin gücləndirilməsi, asudə vaxtının daha səmərəli təşkili və ədəbiyyata marağın artırılmasıdır.
Tədbirlər sırasında Xalq yazıçısı Çingiz Abdullayev ilə görüş və imza günü xüsusi yer tutub. Baş ofisdə təşkil olunan görüşdə tanınmış yazıçı şirkətin rəhbər heyəti və əməkdaşlarla bir araya gələrək ədəbiyyat, yaradıcılıq prosesi və müasir oxu vərdişləri ilə bağlı fikir mübadiləsi aparıb. Görüş zamanı iştirakçıların sualları yazıçı tərəfindən ətraflı cavablandırılıb, sonda isə müəllifin kitablarının imzalanması mərasimi keçirilib.
Bununla yanaşı, baş ofisdə "Bir kitab, min dünya" adlı kitab sərgi-satışı da təşkil olunub. Sərgidə əməkdaşlara şəxsi inkişaf və biznes mövzulu nəşrlər, bestsellerlər, klassik və müasir Azərbaycan, eləcə də dünya ədəbiyyatı nümunələri təqdim edilib.
Eyni zamanda şirkət daxilində "Kitabsevərlər" adlı kitab klubu yaradılıb. Klubun məqsədi kitab oxumağı sevən əməkdaşları bir araya gətirmək, müxtəlif əsərlər ətrafında müzakirələr aparmaq və bilik mübadiləsini təşviq etməkdir. Klub çərçivəsində master-klasslar, müxtəlif janrlarda kitabların birgə oxunması, müzakirə görüşləri, tövsiyə və fikir mübadiləsi sessiyaları təşkil olunacaq.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Digər"BRAVO": 10 İlin Parıltısı
"BRAVO" "10 İlin Parıltısı" adlı yubiley tədbiri təşkil edib. Tədbir "BRAVO" marketlər şəbəkəsinin 10 illik fəaliyyət yoluna, əldə etdiyi nailiyyətlərə və gələcək inkişaf hədəflərinə həsr edilib.
Digərİsmayıllıda lotereyada 100 000 manat uduldu
Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru "Azərlotereya"nın təşkil etdiyi "Super Keno" tirajlı lotereyasında növbəti böyük uduş qeydə alınıb. 100 000 manatlıq böyük uduş İsmayıllı rayon sakini 27 yaşlı İzzət Ağaya qismət olub.
Digər"Nar" Kitab gününü Salyanda qeyd edib
Sərfəli mobil operator "Nar" 23 aprel Beynəlxalq Kitab Günü münasibətilə ölkənin bölgələrində maarifləndirici təşəbbüslərini davam etdirərək növbəti layihəsini uğurla həyata keçirib.
Digər"SİMA İmza" - vergi ödəyiciləri üçün ən sərfəlisi
SİMA rəqəmsal imza İnternet Vergi İdarəsinə girişin ən sərfəli və təhlükəsiz yolu kimi vergi ödəyicilərinin əsas rəqəmsal köməkçisinə çevrilib.