
Avropa kitabxanalarından Puşkinin nadir nəşrlərini kim oğurlayıb? - Məhkəmə başladı - FOTO
Avropa kitabxanalarından Aleksandr Puşkinin və digər rus klassiklərinin nadir nəşrlərinin oğurlanması ilə bağlı Parisdə iyunun 9-da məhkəmə prosesi başlayıb.
Avropa kitabxanalarından Aleksandr Puşkinin və digər rus klassiklərinin nadir nəşrlərinin oğurlanması ilə bağlı Parisdə iyunun 9-da məhkəmə prosesi başlayıb.
Gundem.today xəbər verir ki, bu barədə "Kommersant" xəbər yayıb.
Silsilə oğurluqların təşkili ilə əlaqədar Gürcüstandan olan yeddi nəfər ittiham olunur. Onları on ilədək azadlıqdan məhrumetmə cəzası gözləyə bilər.
Müstəntiqlər hesab edirlər ki, bu cinayətkar qrup 2022-2023-cü illərdə Fransa, İsveçrə, Almaniya, Finlandiya, Polşa, Litva, Latviya və Estoniya kitabxanalarında törədilmiş bir sıra oğurluqların arxasında dayanıb. İtmiş kitabların ümumi dəyəri 650 min avro həcmində qiymətləndirilib.
Məlumatda bildirilir ki, məhkəmə prosesində bu cinayətlərin antikvar tacirlərinin sifarişi, yoxsa yerli mətbuatın yazdığı kimi, mədəni irs nümunələrinin Rusiyaya qaytarılması məqsədini daşıyan planlı kampaniya əsasında törədildiyi müəyyənləşdirilməlidir.
Kitabların Rusiyaya qaytarılması üçün oğurlanması iddiası üzrə hələlik heç bir rəsmi təsdiq yoxdur.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
MədəniyyətAvropa kitabxanalarından Puşkinin nadir nəşrlərini kim oğurlayıb? - Məhkəmə başladı
Avropa kitabxanalarından Aleksandr Puşkinin və digər rus klassiklərinin 650 min avro dəyərindəki nadir nəşrlərini oğurlamaqda ittiham olunan şəbəkənin Parisdə məhkəmə prosesi başlayıb. Hadisədə 7 Gürcüstan vətəndaşı təqsirləndirilir.
MədəniyyətAzərbaycan Milli İncəsənət Muzeyindən FOTOREPORTAJ
Azərbaycan Milli İncəsənət Muzeyinin tarixi, on səkkiz mindən çox eksponata malik zəngin kolleksiyası, memarlıq üslubu və fəaliyyəti haqqında ətraflı məlumat.
MədəniyyətRiskli əməliyyat olunan Afaq Bəşirqızı nə vaxt evə buraxılacaq? - AÇIQLAMA
Xalq artisti Afaq Bəşirqızı bu gün xəstəxanadan evə buraxılacaq.