
Avropanın ikili standartı: Ermənistanda baş verənlər niyə görməzdən gəlinir?
"Ermənistanda keçirilən parlament seçkisindəki pozuntulara müxtəlif dairələrin göz yumması əvvəlcədən gözlənilən idi".
"Ermənistanda keçirilən parlament seçkisindəki pozuntulara müxtəlif dairələrin göz yumması əvvəlcədən gözlənilən idi".
Bu fikirləri Gundem.today-a açıqlamasında siyasi şərhçi Rəşad Bayramov deyib.
O bildirib ki, seçki prosesi yaxınlaşdıqca müxtəlif şəxslərin həbsi həyata keçirilirdi:
"Paşinyan hakimiyyəti müəyyən şəxsləri seçiciləri pulla ələ almaq, vergidən yayınmaq və müxtəlif səbəblərlə həbs etdirirdi. Bu seçki təkcə iqtidar-müxalifət arasında keçirilmir. Ermənistan Qərb və Rusiyanın mübarizə meydanına çevrilib. Burada da təbii olaraq həm rəsmi Moskva, həm də Avropa seçki prosesinə müdaxilə edir və bu, gözlənilən idi. Avropa İttifaqı əvvəlcədən Ermənistandakı seçkiyə müdaxilələrin və dezinformasiyanın qarşısını almaq üçün sözügedən ölkəyə missiya göndərdi. Digər tərəfdən, Rusiyaya bağlı müxalif qüvvələr maliyyə hesabına Moskva və digər şəhərlərdən gətirdikləri erməniləri, revanşist qüvvələri satın alaraq tərəflərinə çəkirlər. Burada vacib bir məqamı qeyd etmək lazımdır ki, Paşinyanın rəqiblərini müxtəlif inzibati üsullarla neytrallaşdırmasına Qərb institutları göz yumacaq və hazırkı hakimiyyətə təzyiq olmayacaq".
Politoloq vurğulayıb ki, Qərb Paşinyan üçün "münbit" şərait yaradıb:
"Həbslər, seçki saxtakarlığı - nəyin bahasına olursa-olsun, məqsəd Paşinyanı hakimiyyətdə saxlamaqdır. Baş nazir də bilir ki, o, saxtalaşdırma edəcəyi halda ona heç bir təzyiq olmayacaq. Təbii ki, bu da zəif ölkələrdə seçkiyə kənar təsirlərin olduğunu bir daha ortaya qoyur. Aİ yenə ikili standartlar sərgiləyir. Hansı ölkədə onun maraqlarına xidmət edən hakimiyyət və ya namizəd varsa, onun qanunsuzluqlarına göz yumur. Lakin müstəqil siyasət aparan, milli maraqları üçün kiməsə boyun əyməyən ölkələrə təzyiq edir. Bu da Aİ və Qərb institutlarının ikili standartlara əsaslanan siyasətinin təzahürüdür".
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
SiyasətCeyhun Bayramov Yaponiyaya rəsmi səfər edib
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Yaponiyaya rəsmi səfərə yola düşüb.
SiyasətAnkara masada hansı rolu oynayacaq? - VİDEO
Almaniyanın müdafiə naziri Boris Pistorius NATO-nun Baltik dənizində keçirdiyi "Steadfast Defender 2026" hərbi təlimini müşahidə etdikdən sonra Türkiyənin Avropa təhlükəsizliyindəki mühüm rolunu və Ankaranın NATO-nun müdafiə planlarındakı mövqeyini xüsusi vurğulayıb.
SiyasətYaxın Şərqdə raket zərbələri gərginliyi artırdı - VİDEO
Yaxın Şərqdə gərginlik yenidən artır. İsrailin Beyrutun cənubuna endirdiyi zərbələrdən sonra İran İsrailə raket hücumları ilə cavab verib. Bunun ardınca İsrail ordusu İranın qərb və mərkəzi bölgələrində yerləşən hərbi hədəflərə zərbələr endirdiyini açıqlayıb. Beləliklə, aprel ayında əldə olunan kövrək atəşkəsdən sonra İran və İsrail arasında birbaşa qarşıdurma yenidən təhlükəli mərhələyə keçib.
SiyasətRegionun taleyini dəyişəcək proses: Bakı və Ankaradan tarixi layihə - VİDEO
Baku TV-nin "Bizdən nə danışırlar?" verilişinin yeni buraxılışı yayımlanıb.