
Avtomobillə piyadanı vuraraq öldürən şəxs mərhumun ailəsinə 31 min manat ödəyəcək
Ötən il iyulun 31-nə keçən gecə Xətai rayonunda piyadanın ölümünə səbəb olan avtoqəza ilə bağlı məhkəmə prosesi başa çatıb.
Ötən il iyulun 31-nə keçən gecə Xətai rayonunda piyadanın ölümünə səbəb olan avtoqəza ilə bağlı məhkəmə prosesi başa çatıb.
Gundem.today "Qafqazinfo"ya istinadla xəbər verir ki, Xətai Rayon Məhkəməsində hadisəni törətmiş 2006-cı il təvəllüdlü Yəhya Şərifzadəyə hökm oxunub.
O, Cinayət Məcəlləsinin 263.2-ci maddəsi üzrə təqsirli bilinib. Y.Şərifzadəyə cəzasını məntəqə tipli müəssisədə çəkməklə 3 il 9 ay azadlıqdan məhrumetmə cəzası təyin edilib. Onun sürücülük hüququ 1 il 6 ay müddətə məhdudlaşdırılıb. Həmçinin vəfat edən şəxsin ailəsinin mülki iddiası qismən təmin olunub.
Belə ki, təqsirləndirilən şəxs 29 367.45 manat maddi, 2 000 manat mənəvi, ümumilikdə dəymiş ziyana görə isə 31 367.45 manatı mərhumun ailəsinə ödəyəcək.
Qeyd edək ki, hadisə gecə saat 23 radələrində metronun "Əhmədli" stansiyası yaxınlığında baş verib.
Yəhya Şərifzadə "Volkswagen Passat" avtomobili ilə metronun "Əhmədli" stansiyasından "Bakı" kinoteatrı istiqamətində Sarayevo küçəsi ilə hərəkətdə olarkən yolu keçməkdə olan 2004-cü il təvəllüdlü piyada Nurlan Qasımovu vurub.
Bu zaman idarəetmədən çıxan avtomobil yolun hərəkət hissəsinin kənarındakı səkidə dayanmış Siruz Famil oğlu Əhmədovu vurub. S.Əhmədov aldığı bədən xəsarətindən ölüb.
Faktla bağlı Xətai Rayon Polis İdarəsində cinayət işi başlanaraq araşdırma aparılıb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Kriminal445 min manat mənimsəmədə şübhəli bilinən qadın Türkiyədən Azərbaycana ekstradisiya olunacaq
"Ekstradisiya haqqında" 13 dekabr 1957-ci il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq, Azərbaycan Respublikasının vətəndaşı Zinyət Məmmədrəsul qızı Səfərovanın ekstradisiyası ilə bağlı Baş Prokurorluq tərəfindən verilmiş vəsatət Türkiyənin səlahiyyətli orqanları tərəfindən təmin edilib.
KriminalKamran Əsədovun növbəti məhkəmə iclası keçirildi: 110 min dollar kimə verilib?
Gəncə Şəhər Məhkəməsində son qəbul imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə halları ilə bağlı cinayət işi üzrə təqsirləndirilən təhsil eksperti Kamran Əsədov və tarix müəllimi Gündüz Abbasovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
KriminalBakıda təcili yardım sürücüsündən ŞOK ADDIM: Sərxoş və narkotikin təsiri altında... - VİDEO
Bakıda təcili tibbi yardım avtomobilinin sürücüsü tərəfindən yol hərəkəti qaydalarının zəruri tibbi çağırış olmadan kobud şəkildə pozulduğu faktı aşkarlanıb.
KriminalSevgilisini kafedə öldürmək istəyən şəxsə hökm oxundu
Sevgilisini qətlə yetirmək istəyən Rəhim Məhərrəmlinin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.