Son dəqiqə
Dumanlı hava ilə bağlı sürücülərə XƏBƏRDARLIQDubay-Marina və "Dubai Internet City" əraziləri sursat qalıqlarından zərər görübİndoneziya sahillərində yenidən zəlzələ baş veribAzərbaycandan İrana növbəti humanitar yardım yola salınırAzərbaycan XİN: "Beynəlxalq ictimaiyyəti humanitar minatəmizləmə fəaliyyətinə yardımın gücləndirilməsinə çağırırıq"İlham Əliyev: "Məsud Pezeşkianın Azərbaycana təşəkkürünü ifadə etməsi xalqımız tərəfindən yüksək qiymətləndirilir" - FOTO
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Dünya
  3. "AvtoVAZ" istehsal xətlərini bağlayır: "Lada" avtomobillərinin satışları niyə azalır?
"AvtoVAZ" istehsal xətlərini bağlayır: "Lada" avtomobillərinin satışları niyə azalır?
Dünya

"AvtoVAZ" istehsal xətlərini bağlayır: "Lada" avtomobillərinin satışları niyə azalır?

Bu gün
08:16
0 baxış
Paylaş:

Rusiyanın aparıcı avtomobil istehsalçısı "AvtoVAZ" aprelin sonu və mayın əvvəllərində konveyer xətlərini iki həftədən çox müddətə dayandıracaq.

Rusiyanın aparıcı avtomobil istehsalçısı "AvtoVAZ" aprelin sonu və mayın əvvəllərində konveyer xətlərini iki həftədən çox müddətə dayandıracaq.

Gundem.today Rusiya mediasına istinadən xəbər verir ki, zavodun əməkdaşları bu ərəfədə ötən ilin dekabrından keçirilmiş məcburi tətilə yola salınacaqlar.

Şirkətin rəsmi açıqlamasına görə, əsas məqsəd 2026-cı ilin payızında təqdimatı planlaşdırılan yeni "Lada Azimut" modeli üçün istehsal xətlərinin yenilənməsidir. Bildirilir ki, istehsalın modernləşdirilməsi üçün 2026-cı ilin may ayında nəzərdə tutulan korporativ məzuniyyət günlərindən istifadə ediləcək. Şirkətin bəyanatında deyilir:

"Avadanlıq və xətlərin genişmiqyaslı yenilənməsi nəticəsində "LADA Azimut"un planlaşdırıldığı kimi, ilin üçüncü rübündə istehsalata buraxılması təmin ediləcək".

Zavod üçün statistik göstəricilər heç də ürəkaçan deyil. 2026-cı ilin ilk rübü avtomobil bazarı üçün ümumi müsbət dinamika ilə yadda qalsa da, "AvtoVAZ" bazar liderləri arasında ən zəif nəticəni göstərərək satışların 17% geriləməsi ilə üzləşib.

Əsas çətinlik "Lada Vesta" modelinə marağın azalmasıdır. Bu model ilin ilk iki ayında alıcılarının 60%-ni, martda isə 41%-ni itirib. Hazırda "Vesta"ya aylıq tələbat cəmi 4 000 avtomobil təşkil edir ki, bu da 2024-cü ilin pik dövrləri ilə müqayisədə üç dəfə azdır.

Nə "Lada Iskra", nə də "Granta" modelləri satışların artmasına kömək edə bilir. Yeganə müsbət göstərici 1.8 litrlik mühərriklə təchiz olunmuş yenilənmiş "Lada Niva Travel" modelinə tələbatın 50% civarında artmasıdır.

Ekspertlərin fikrincə, "Lada" markalı avtomobillərə tələbatın kəskin düşməsi təkcə qiymətlərin bahalığı ilə deyil, həm də bazarda "Jaecoo J6" kimi rəqabətədavamlı Çin istehsalı avtomobillərin peyda olması ilə birbaşa bağlıdır.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Dünya#Rusiya_Federasiyası#AvtoVaz#Avto-moto

Oxşar Xəbərlər

Dubay-Marina və "Dubai Internet City" əraziləri sursat qalıqlarından zərər görübDünya

Dubay-Marina və "Dubai Internet City" əraziləri sursat qalıqlarından zərər görüb

ABŞ-nin "Oracle" şirkətinin binasına İranın zərərsizləşdirilən sursat parçalarının düşməsi nəticəsində kiçik ziyan dəyib.

Bu gün
09:440
İndoneziya sahillərində yenidən zəlzələ baş veribDünya

İndoneziya sahillərində yenidən zəlzələ baş verib

İndoneziya sahillərində 5.9 bal gücündə zəlzələ qeydə alınıb.

Bu gün
09:320
Niderlandda İsrail mərkəzinin qarşısında partlayış olubDünya

Niderlandda İsrail mərkəzinin qarşısında partlayış olub

Niderlandın şərqində, Neykerk şəhərində yerləşən "İsraili dəstəkləyən xristianlar" təşkilatının binasının qarşısında partlayış baş verib.

Bu gün
08:561
ABŞ-nin məşhur restoranı ofisiantlara 21 milyon dollar ödəyəcəkDünya

ABŞ-nin məşhur restoranı ofisiantlara 21 milyon dollar ödəyəcək

ABŞ-nin federal məhkəməsi "Perry's Steakhouse & Grille" restoranlar şəbəkəsinin 700-dən çox keçmiş və hazırkı ofisiantına 21 milyon dollardan artıq vəsait ödəməsi barədə qərar qəbul edib.

Bu gün
08:440