
Azərbaycan boksçusu Dünya kubokunda qızıl medal qazandı
Braziliyanın Fos-du-İquasu şəhərində boks üzrə keçirilən Dünya kubokunda final döyüşlərinə start verilib. Azərbaycan millisinin heyətində ilk olaraq həlledici görüşə Səidcəmşid Cəfərov çıxıb.
Braziliyanın Fos-du-İquasu şəhərində boks üzrə keçirilən Dünya kubokunda final döyüşlərinə start verilib. Azərbaycan millisinin heyətində ilk olaraq həlledici görüşə Səidcəmşid Cəfərov çıxıb.
Gundem.today xəbər verir ki, bu barədə Azərbaycan Boks Federasiyası məlumat yayıb.
75 kq-da mübarizə aparan boksçumuz Tauan Silva (Braziliya) ilə gücünü yoxlayıb. Hər 3 raundu aktivinə yazan Cəfərov yekunda 5:0 (30:27, 30:27, 30:27, 29:28, 30:27) hesabı ilə qalib gələrək Dünya kubokunun qızıl medalına yiyələnib və Braziliyada Azərbaycan himnini səsləndirib.
Qeyd edək ki, gecə saatlarında Sübhan Mamedov (50 kq) və Məhəmməd Abdullayev (+90 kq) də final görüşünə çıxacaqlar. Bir gün öncə isə Nəbi İsgəndərov (70 kq) bürünc medala yiyələnib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
İdmanAzərbaycan güləşçiləri Avropa çempionatını 13 medalla başa vurublar
Azərbaycan güləşçiləri Albaniyanın paytaxtı Tiranadakı Avropa çempionatını 13 medalla başa vurublar.
İdmanQurban Qurbanov: "Neftçi" ilə oyunlar üçün əlavə motivasiyaya ehtiyac olmur"
"Neftçi" ilə matçlar hər zaman maraqlı keçir".
İdmanPremyer Liqa: "Qarabağ" "Neftçi" oyununda altı qol vuruldu - VİDEO
Qarabağ" Misli Premyer Liqasında "Neftçi"ni məğlub edib.
İdmanPremyer Liqa: "Neftçi" - "Qarabağ" oyununda altı qol vuruldu - VİDEO
Qarabağ" Misli Premyer Liqasında "Neftçi"ni məğlub edib.