
Azərbaycan bu il də "Yer saatı" beynəlxalq kampaniyasına qoşulacaq
"Yer saatı" beynəlxalq kampaniyasının Azərbaycan üzrə rəsmi əlaqələndiricisi olan IDEA İctimai Birliyinin və Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) birgə təşkilatçılığı ilə martın 28-də kütləvi aksiya təşkil ediləcək.
"Yer saatı" beynəlxalq kampaniyasının Azərbaycan üzrə rəsmi əlaqələndiricisi olan IDEA İctimai Birliyinin və Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) birgə təşkilatçılığı ilə martın 28-də kütləvi aksiya təşkil ediləcək.
Gundem.today xəbər verir ki, kampaniyaya qoşulan bir çox qurum və təşkilatlar yerli vaxtla saat 20:30-dan başlayaraq binalarının fasad işıqlarını bir saatlıq söndürəcəklər.
Qeyd edək ki, bu il dünyada "Yer saatı"nın 20 illiyi qeyd olunur. Azərbaycan bu qlobal kampaniyanı dəstəkləyən ölkələrin siyahısına 2011-ci ildə qoşulub və o vaxtdan bəri kampaniya hər il IDEA-nın dəstəyi ilə ölkəmizdə keçirilir.
Dünyada ətraf mühitə həsr olunmuş ən böyük hərəkat olaraq, "Yer saatı" milyonlarla insanı iqlim dəyişikliyinin dayandırılması uğrunda səfərbər edir. 2007-ci ildə Avstraliyanın Sidney şəhərində işıqların kütləvi söndürülməsi təşəbbüsü kimi başlanmış bu kampaniya dünyanın əksər ölkələrində, minlərlə şəhərlərdə qeyd edilir. Hər il mart ayının son şənbə günündə qeyd olunan "Yer saatı" aksiyaları zamanı böyük şəhərlərdəki məşhur binaların fasad işıqları bir saatlıq söndürülür. Bununla yanaşı, milyonlarla insan fərdi olaraq da bu aksiyaya qoşulmaqla, ətraf mühitin mühafizəsi istiqamətində həmrəylik nümayiş etdirir.
İqlim dəyişikliyi təhlükəsinin ciddiliyini, ona qarşı mübarizənin isə bəşəriyyət üçün vacibliyini nəzərə alaraq, IDEA İctimai Birliyi və Ümumdünya Təbiəti Mühafizə Fondu (WWF) hər kəsi martın 28-də saat 20:30-da işıqları 60 dəqiqəlik söndürməklə aksiyaya qoşulmağa və planetimizə bir saat vaxt ayırmağa dəvət edir.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətGəncəyə yağan yağış ciddi fəsadlar törədib - FOTO
Gəncəyə yağan güclü yağış fəsadlara səbəb olub.
CəmiyyətSabah intensiv yağış yağacaq - 28.03.2026
Azərbaycanda martın 28-də gözlənilən hava şəraiti açıqlanıb.
CəmiyyətBu gün Beynəlxalq Teatr Günüdür
Martın 27-si dünyada Beynəlxalq Teatr Günü qeyd olunur.
CəmiyyətMartın 27-si Milli Elm Günüdür
Elm cəmiyyətlərin inkişafını müəyyən edən əsas amillərdən biri kimi tarix boyu xüsusi əhəmiyyət kəsb edib. Azərbaycanda da bu sahəyə verilən dəyərin göstəricisi olaraq hər il martın 27-si Milli Elm Günü kimi qeyd olunur.