
Azərbaycan üçün dönüş nöqtəsi: "Emosional addım deyil" - FOTO
"Milli Məclisin Avropa Parlamenti ilə əməkdaşlığın dayandırılması barədə qəbul etdiyi qərar son illər ərzində formalaşmış qərəzli yanaşmalara və ikili standartlara verilmiş prinsipial və qəti cavab kimi çıxış edir. Bu addım təkcə institusional əməkdaşlığın dondurulması deyil, eyni zamanda, Azərbaycanın beynəlxalq münasibətlər sistemində milli maraqlarını açıq və sərt şəkildə müdafiə etməsinin növbəti ifadəsidir".
"Milli Məclisin Avropa Parlamenti ilə əməkdaşlığın dayandırılması barədə qəbul etdiyi qərar son illər ərzində formalaşmış qərəzli yanaşmalara və ikili standartlara verilmiş prinsipial və qəti cavab kimi çıxış edir. Bu addım təkcə institusional əməkdaşlığın dondurulması deyil, eyni zamanda, Azərbaycanın beynəlxalq münasibətlər sistemində milli maraqlarını açıq və sərt şəkildə müdafiə etməsinin növbəti ifadəsidir".
Bunu Gundem.today-a açıqlamasında Milli Məclisin deputatı Mehriban Vəliyeva deyib.
O bildirib ki, Azərbaycanın mövqeyi hər zaman aydın olub:
"Ölkəmiz bütün beynəlxalq təşkilatlara və tərəfdaş dövlətlərə hörmətlə yanaşdığı kimi, eyni hörmət və ədalətli yanaşmanı da qarşı tərəfdən gözləyir. Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı "hər bir beynəlxalq təşkilat və xarici ölkə Azərbaycana hörmətlə yanaşmalıdır, çünki biz onlara hörmətlə yanaşırıq" prinsipi bu gün dövlət siyasətinin əsas xəttini təşkil edir. Milli Məclisin qəbul etdiyi qərar da məhz bu yanaşmanın parlament səviyyəsində təsdiqi kimi qiymətləndirilə bilər.
Uzun müddətdir ki, Avropa Parlamentinin Azərbaycana münasibətdə balanslı və obyektiv mövqedən uzaqlaşdığı müşahidə olunur. Xüsusilə Ermənistanın işğal siyasəti dövründə beynəlxalq hüququn kobud şəkildə pozulmasına, bir milyondan artıq qaçqın və məcburi köçkünün hüquqlarının tapdanmasına adekvat reaksiya verilməməsi ciddi suallar doğurur".
"Azərbaycan bu dövrü ikili standartların ən açıq nümunələrindən biri kimi dəyərləndirir. 44 günlük Vətən müharibəsindən sonra yaranmış yeni reallıqlara baxmayaraq, bəzi Avropa institutlarının Azərbaycana qarşı qərəzli yanaşması davam edib. Azərbaycanın ərazi bütövlüyünü və beynəlxalq hüququn ədalətli şəkildə bərpasını nəzərə almayan qətnamələr, siyasi bəyanatlar və əsassız ittihamlar münasibətləri daha da gərginləşdirib. Bu yanaşma təkcə siyasi qərəz kimi deyil, həm də regionda formalaşmış yeni reallıqların qəbul edilməməsi kimi qiymətləndirilir.
Xüsusilə COP29 kimi qlobal əhəmiyyətli tədbir ərəfəsində Azərbaycana qarşı artan tənqid kampaniyası rəsmi Bakı tərəfindən koordinasiyalı siyasi təzyiq cəhdi kimi dəyərləndirilib. Bu isə əməkdaşlıq və dialoq mühitinə zidd olmaqla yanaşı, etimadın tamamilə sarsılmasına gətirib çıxarıb. Belə şəraitdə parlamentlərarası əməkdaşlıq platformalarının mahiyyəti də ciddi şəkildə sual altına düşüb. Dialoq və qarşılıqlı anlaşma üçün nəzərdə tutulmuş bu mexanizmlərin siyasi təzyiq alətinə çevrilməsi Azərbaycan tərəfindən qəbuledilməz hesab olunur. Nəticə etibarilə, əməkdaşlığın davam etdirilməsi real və ədalətli nəticələr vermədiyi üçün Milli Məclis prinsipial mövqe ortaya qoyaraq bu platformalarda iştirakın dayandırılması qərarına gəlib.
Qəbul edilən qərar Avropa Parlamenti ilə bütün istiqamətlər üzrə əməkdaşlığın dayandırılmasını, Aİ-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsində iştirakın dondurulmasını və Avronest Parlament Assambleyasında proseslərin dayandırılmasını əhatə edir. Bu, mahiyyət etibarilə parlament diplomatiyasında ciddi bir dönüş nöqtəsidir və Azərbaycanın öz maraqlarını qorumaqda qətiyyətli olduğunu göstərir".
"Bununla belə, Azərbaycan tərəfi əməkdaşlıq qapılarını tam bağlamır. Əksinə, açıq şəkildə bəyan olunur ki, münasibətlərin normallaşması və bərpası yalnız qarşı tərəfin obyektivliyə, beynəlxalq hüquqa və qarşılıqlı hörmət prinsipinə qayıtması ilə mümkündür. Yəni məsuliyyət təkcə Azərbaycanın üzərində deyil, eyni zamanda, qarşı tərəfin siyasi iradəsi və davranışından da birbaşa asılıdır. Bu qərar həm də yeni reallığı təsdiqləyir: Azərbaycan artıq beynəlxalq müstəvidə öz mövqeyini daha sərt, daha prinsipial və milli maraqlara tam uyğun şəkildə ifadə edir. Ölkə heç bir xarici təzyiq qarşısında geri çəkilmir və bərabərhüquqlu münasibət tələbini açıq şəkildə ortaya qoyur.
Hesab edirəm ki, Milli Məclisin bu addımı emosional deyil, tamamilə əsaslandırılmış, siyasi reallıqlara söykənən və dövlət suverenliyinin müdafiəsinə yönəlmiş qərardır. Bu, Azərbaycanın beynəlxalq münasibətlərdə yeni mərhələyə keçdiyini və artıq diktə olunan deyil, bərabərhüquqlu və qarşılıqlı hörmətə əsaslanan münasibətlər tələb etdiyini açıq şəkildə nümayiş etdirir", - deputat vurğulayıb.
Xatırladaq ki, Avropa Parlamenti 2026-cı il aprelin 30-da Azərbaycan əleyhinə qətnamə qəbul edib.
Buna cavab olaraq, Milli Məclis mayın 1-də Avropa Parlamenti ilə əməkdaşlığı dayandırdığını elan edib.
Belə ki, Milli Məclisin Avropa Parlamenti ilə bütün istiqamətlər üzrə əməkdaşlıq əlaqələri dayandırılır; Milli Məclisin Avropa İttifaqı - Azərbaycan Parlament Əməkdaşlığı Komitəsinin fəaliyyətində iştirakına son qoyulur; Avronest Parlament Assambleyasının Nizamnaməsinə uyğun olaraq, Azərbaycan Respublikası Milli Məclisinin bu təşkilatda üzvlüyünə xitam verilməsi barədə prosedur qaydalarının icrasına başlanılır və prosedur dövründə Milli Məclisin nümayəndə heyəti Avronest Parlament Assambleyasının tədbirlərinə qatılmırlar.
Həmçinin Avropa İttifaqının Azərbaycan Respublikasındakı səfiri Mariyana Kuyunciç Xarici İşlər Nazirliyinə çağırılıb və ona
Oxşar Xəbərlər
DünyaAvropa Parlamentinin qərəzli qətnaməsi, sülh prosesinə maneə yaratmaq məqsədi - FOTO
"Avropa Parlamenti adlanan, demokratik dəyərlərin iflasa uğradığı, korrupsiya və rüşvətxorluğun dərin kök saldığı, lobbi qruplarına və müxtəlif maraq dairələrinə xidmət edən, bir qrup məsuliyyətini anlamayanlardan ibarət "parlamentari"nin mövcud olduğu bir "qurum"un ölkəmizə qarşı qəbul etdiyi növbəti qərəzli qətnamə hər birimizdə ikrah doğurur. Bu əsassız, ittiham və qərəzlə dolu qətnamə sadəcə əhəmiyyətsiz bir kağız parçasıdır".
DünyaRəsmi Pekindən sərt açıqlama: ABŞ-ni qisasla hədələdi
Əgər ABŞ telekommunikasiya sahəsində əlavə qadağalar tətbiq edərsə, Pekin yerli şirkətlərin müdafiəsi istiqamətində bütün zəruri addımları atacaq.
DünyaAvstraliyada 5 yaşlı qızın qətli kütləvi iğtişaşlara səbəb oldu - VİDEO
Avstraliyada aborigen icmasından olan 5 yaşlı qızın qətlində şübhəli bilinən şəxsin saxlanılmasının ardınca ucqar qəsəbədə yüzlərlə etirazçı ilə hüquq mühafizə orqanı əməkdaşları arasında toqquşma baş verib.
DünyaMadyar yeznəsini Macarıstanın ədliyyə naziri təyin etmək istəyir
Macarıstanda yeni hökuməti formalaşdırmağa hazırlaşan "Tisa" Partiyasının sədri Peter Madyar ədliyyə naziri postuna öz yeznəsi Marton Melletey-Barnanı namizəd kimi göstərib.