
Azərbaycanda bir neçə işəgötürən 100 min manata yaxın CƏRİMƏLƏNİB
2025-ci ildə tikinti obyektlərində keçirilmiş 39 səyyar yoxlama zamanı 1 047 işçidən 75-nin əmək münasibətlərinin müəyyən edilmiş qaydada rəsmiləşdirilmədən fəaliyyətə cəlb olunduğu aşkarlanıb.
2025-ci ildə tikinti obyektlərində keçirilmiş 39 səyyar yoxlama zamanı 1 047 işçidən 75-nin əmək münasibətlərinin müəyyən edilmiş qaydada rəsmiləşdirilmədən fəaliyyətə cəlb olunduğu aşkarlanıb.
Gundem.today-ın məlumatına görə, sözügedən məsələ İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatında əksini tapıb.
Qeyd olunub ki, nəticədə bir işəgötürən fiziki şəxs barəsində toplanmış materiallar Baş Prokurorluğa göndərilib, daha 18-i haqqında ümumilikdə 92 200 manat məbləğdə inzibati cərimə tətbiq edilib.
Sənəddə qeyd olunur ki, Dövlət Əmək Müfəttişliyi Xidməti aidiyyəti qurumlardan daxil olmuş materialların araşdırılması zamanı işəgötürən tərəfindən 15 yaşına çatmamış şəxsin işə cəlb edilməsi ilə bağlı 6 fakt aşkarlayaraq aidiyyəti vəzifəli şəxslərə 6 000 manat, həmçinin uşaqların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb edilməsi ilə bağlı bir fakta görə 3 300 manat məbləğdə inzibati cərimə tətbiq olunub.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətŞərur rayonunun bəzi əraziləri qazsız qalacaq
Bu gün saat 11:00-dan etibarən Naxçıvan Muxtar Respublikası Şərur rayonu, İbadulla kəndinin, saat 15:00-dan etibarən isə Yengicə kəndinin işlər yekunlaşanadək qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
CəmiyyətWUF13 çərçivəsində Bakıda 370-dən çox tərəfdaş tədbiri keçiriləcək - FOTO
17-22 may 2026-cı il tarixlərində Bakı şəhərində keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunan tərəfdaş tədbirlərinin proqramı açıqlanıb. Proqram müxtəlif dünya ölkələrini təmsil edən maraqlı tərəflərin həm yaradıcılığı, həm də fəal iştirakı əks olunan 370-dən çox tədbiri əhatələyir.
CəmiyyətBakıda hərəkətin intensiv olduğu yol kəsişməsində işıqforda gözləmə vaxtı iki dəfə azaldılır - VİDEO
Bakıda Əbdüləzəl Dəmirçizadə küçəsi ilə Xətai prospektinin kəsişməsində hərəkətin təşkilində dəyişiklik ediləcək.
CəmiyyətÜrəyindən əməliyyat olunan Akif İslamzadə ilə bağlı SON XƏBƏR - FOTO
"Xalq artisti Akif İslamzadənin vəziyyəti stabildir".