
Azərbaycanda keçiriləcək daha bir ətraf mühit tədbirinin tarixi BƏLLİ OLDU
Azərbaycan Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramı (UNEP) ilə tərəfdaşlıq çərçivəsində iyunun 5-də Bakıda Ümumdünya Ətraf Mühit Gününə (WED) ev sahibliyi edəcək.
Azərbaycan Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramı (UNEP) ilə tərəfdaşlıq çərçivəsində iyunun 5-də Bakıda Ümumdünya Ətraf Mühit Gününə (WED) ev sahibliyi edəcək.
Gundem.today xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, tədbir "Təbiətdən ilham alaraq. İqlim naminə. Gələcəyimiz naminə" mövzusu altında keçiriləcək.
Azərbaycan Ümumdünya Ətraf Mühit Günü ilə bağlı estafeti 2024-cü ildə Koreyada keçirilən tədbirdə qəbul edib.
Qeyd edək ki, 1972-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən təsis edilən Ümumdünya Ətraf Mühit Günü milyonlarla insanı bir araya gətirən ətraf mühit sahəsində qlobal platformadır.
Azərbaycan qorunan təbiət ərazilərinin genişləndirilməsi, biomüxtəlifliyin qorunması, ekosistemlərin bərpası və iqlim dəyişmələri ilə mübarizə istiqamətində fəaliyyətini davam etdirir. Ölkə, həmçinin Paris Sazişi tərəfi kimi emissiyaların azaldılması öhdəliyini götürüb və bərpa olunan enerji sahəsini genişləndirir.
COP29-a ev sahibliyinin yaratdığı dinamikanı davam etdirən Azərbaycan bu tədbir vasitəsilə beynəlxalq əməkdaşlığın daha da gücləndirilməsinə və ekoloji öhdəliklərin praktik fəaliyyətə çevrilməsinə töhfə verməyi hədəfləyir.
Azərbaycan və BMT-nin Ətraf Mühit Proqramı bütün tərəfləri Ümumdünya Ətraf Mühit Gününə qoşulmağa və ətraf mühitin qorunması naminə birgə fəaliyyət göstərməyə dəvət edir.
Qeyd edək ki, 17-22 may 2026-cı il tarixlərində Bakıda Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası (WUF13) keçiriləcək.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Cəmiyyətİşğaldan azad edilmiş ərazilərdə torpaq icarəyə götürmək istəyənlərin NƏZƏRİNƏ: Ərizə qəbulu başlanıb
İşğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatı təyinatlı torpaqların sahibkarlıq subyektlərinə icarəyə verilməsi üzrə üçüncü investisiya müsabiqəsi üzrə müraciətlərin (ərizələrin) qəbuluna başlanılır.
CəmiyyətSumqayıtda beş min abonent SUSUZ QALACAQ
Sumqayıt şəhərinin bir sıra yaşayış məntəqələrini içməli su ilə təmin edən magistral kəmərdə aparılan təmir-tikinti işləri ilə əlaqədar sabah gün ərzində suyun verilişində müvəqqəti fasilə olacaq.
CəmiyyətNizami yurdunda qanunları "küçə" diktə edir?
Kubra Məhərrəmova yazır...
CəmiyyətQazaxda 10 mindən çox şəxs qazsız qalacaq
Qazax rayonu, Daş Salahlı kəndində sabah saat 10:00-dan etibarən qaz təchizatında müvəqqəti fasilə yaranacaq.