
Azərbaycanda taksi kimi istifadə olunan avtomobillər üçün yeni tələblər MÜƏYYƏN EDİLƏCƏK
Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair yeni tələblər müəyyənləşdiriləcək.
Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair yeni tələblər müəyyənləşdiriləcək.
Gundem.today xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Sərəncam imzalayıb.
Sənəddə qeyd olunur ki, müvafiq dəyişikliklərlə bağll təkliflər iki ay müddətində Nazirlər Kabinetinə təqdim olunmalıdır.
"Avtomobil nəqliyyatı haqqında" Qanunun 15.5-ci maddəsinə əsasən, müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında, habelə qeyri-müntəzəm sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi tələblərə uyğun olmalıdır. Həmin tələblərə cavab verməyən avtonəqliyyat vasitəsinə buraxılış kartının verilməsindən imtina olunur, verilmiş buraxılış kartının isə hüquqi qüvvəsi dayandırılır və ya o, ləğv edilir.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətADY-nin tikintisi yekunlaşmaq üzrə olan "Dərnəgül" dayanacağından EKSKLÜZİV GÖRÜNTÜLƏR
Abşeron dairəvi dəmiryol xəttinin üzərində yerləşəcək "Dərnəgül" dayanacağında tikinti işləri yekunlaşmaq üzrədir.
Cəmiyyət"Şirkətin mənə 2800 manat borcu var" - İşçilər niyə yeddi aydır maaş ala bilmirlər? - VİDEO
Gəncə şəhərində su və kanalizasiya xətlərinin yenilənməsi layihəsinə cəlb olunan bir qrup işçi maaşlarının ödənilməməsindən şikayətçidir.
CəmiyyətAzərbaycanda internet kəsintiləri ilə bağlı yeni QAYDA
Azərbaycanda planlaşdırılan internet kəsintiləri barədə ictimaiyyətə öncədən məlumat veriləcək.
CəmiyyətAzyaşlının maşın sürməyi təhlükə yaratdı - VİDEO
Paytaxtın Binəqədi rayonunda azyaşlının avtomobil idarə etməsi ilə bağlı kadrlar yayılıb.