Valyuta
USD1.7000EUR1.9591Qızıl233.10
Son xəbər
Çempionlar Liqasının əsas favoritləri AÇIQLANDI"Dolfin" Çinə yaxınlaşır: QIRMIZI XƏBƏRDARLIQ elan edildiBTQ: Fransa və Niderlandın müstəmləkə idarəçiliyi altında olan yerli icmalarla həmrəyikSumqayıtda binada YANĞIN: Sakinlər təxliyə ediliblər - VİDEOUFC-də sensasiya: Salkilld Qamrotu ilk raundda məğlub etdi - VİDEOÇempionlar Liqasının əsas favoritləri AÇIQLANDI"Dolfin" Çinə yaxınlaşır: QIRMIZI XƏBƏRDARLIQ elan edildiBTQ: Fransa və Niderlandın müstəmləkə idarəçiliyi altında olan yerli icmalarla həmrəyikSumqayıtda binada YANĞIN: Sakinlər təxliyə ediliblər - VİDEOUFC-də sensasiya: Salkilld Qamrotu ilk raundda məğlub etdi - VİDEO
Gündəm
Ana səhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünya
HavaNamazValyutaQızıl
BaşlanğıcXəbərlərHavaNamaz
Gündəm

Azərbaycanın gündəmi bir yerdə — xəbər, valyuta, qızıl, hava və namaz vaxtları.

Kateqoriyalar

SiyasətİqtisadiyyatTexnologiyaİdman

Faydalı

Valyuta məzənnəsiQızıl qiymətiAxtarış
© 2026 Gündəm
  1. Ana səhifə
  2. Cəmiyyət
  3. Azərbaycanın Milli Qəhrəmanı Hökumə Əliyevanın doğum günüdür - VİDEO
Azərbaycanın Milli Qəhrəmanı Hökumə Əliyevanın doğum günüdür - VİDEO
Cəmiyyət

Azərbaycanın Milli Qəhrəmanı Hökumə Əliyevanın doğum günüdür - VİDEO

Dünən
13:28
Paylaş:

Avqustun 8-i Azərbaycanın Milli Qəhrəmanı, təyyarə bələdçisi Hökumə Əliyevanın doğum günüdür.

Avqustun 8-i Azərbaycanın Milli Qəhrəmanı, təyyarə bələdçisi Hökumə Əliyevanın doğum günüdür.

Gundem.today xatırladır ki, Hökumə Cəlil qızı Əliyeva 1991-ci ildə Kəlbəcər rayonu, Susuzluq kəndində anadan olub.

1993-cü ildə kəndlərinin ermənilər tərəfindən işğal olunması səbəbi ilə Bərdə rayonunun Qaradəmirçi kəndində müvəqqəti məskunlaşıb.

1996-cı ildə isə Rusiyaya köçüb və Volqoqrad vilayətində bir müddət yaşayıb. Hökumə burada 1-ci sinifdən 6-cı sinfə qədər şəhərin 78 nömrəli məktəbində təhsil alıb. Daha sonra ailəsi Gəncəyə köçüb və Hökumə burada təhsilini davam etdirib. Gəncə şəhərindəki V.Veysəlov adına 30 nömrəli tam orta məktəbi bitirdikdən sonra 612 bal toplayaraq Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olub.

A post shared by Gundem.today (@oxuaz)

Hökumə Əliyeva öz təhsilini magistr və doktorantura pillələrində davam etdirib.

2016-cı ildən etibarən Azərbaycan Hava Yollarında əvvəlcə tərcüməçi kimi, sonra isə stüardessa kimi işləməyə başlayıb.

Hökümə Əliyeva 2024-cü ilin dekabr ayında AZAL-a məxsus J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəzaya uğradığı zaman vəzifə başında həlak olub.

O, son dəqiqələrdə sərnişinləri sakitləşdirmək üçün səsləndirdiyi "Hər şey yaxşı olacaq" ifadəsi ilə yaddaşlarda silinməz iz qoyub.

Hökumə Əliyeva 2024-cü il dekabrın 29-da II Fəxri xiyabanda dəfn olunub.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 29 dekabr 2024-cü il tarixli Sərəncamı ilə Hökumə Cəlil qızı Əliyeva "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinə məxsus "Embraer 190" tipli sərnişin təyyarəsi Bakı-Qroznı (Rusiya Federasiyası) reysini həyata keçirərkən baş vermiş qəza zamanı xidməti vəzifələrinin yerinə yetirilməsində, sərnişinlərin həyatlarının xilas edilməsində yüksək peşəkarlıq, şücaət və fədakarlıq göstərdiyinə görə ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.

Rejissor və ssenarist Ziya Şıxlinski 2025-ci ildə Hökumə Əliyevanın həyatından bəhs edən "Hökumə - kədərim mənim" adlı qısametrajlı sənədli film çəkib. H.Əliyevanın əmək fəaliyyəti ilə bağlı əşyaları Milli Azərbaycan Tarix Muzeyinə verilib. Polşada adına təqaüd proqramı təsis edilib. Qazaxıstanda istehsal olunan zirehli hərbi ambulansa onun adı verilib.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Cəmiyyət#Hökumə_Əliyeva#Doğum_günü#Azərbaycanın_Milli_Qəhrəmanı

Oxşar Xəbərlər

Bəzi ərazilərdə 37 dərəcə isti olacaq: Həftənin ilk iş gününün HAVASICəmiyyət

Bəzi ərazilərdə 37 dərəcə isti olacaq: Həftənin ilk iş gününün HAVASI

Avqustun 10-a gözlənilən hava şəraiti açıqlanıb.

Bu gün · 12:24
Qalmaqallı əməliyyat görüntüləri kütləvi pozuntuları üzə çıxardı: Klinikaya 15 gün vaxt verildi - VİDEOCəmiyyət

Qalmaqallı əməliyyat görüntüləri kütləvi pozuntuları üzə çıxardı: Klinikaya 15 gün vaxt verildi - VİDEO

Sosial şəbəkələrdə geniş müzakirə olunan əməliyyat görüntüləri ilə bağlı Baku TV-nin araşdırmasından sonra Səhiyyə Nazirliyi tərəfindən tədbir görülüb.

Bu gün · 01:32
Azərbaycanda bəzi şəxslərə məcburi psixiatriya yardımı göstəriləcək - Qanun nə deyir? - VİDEOCəmiyyət

Azərbaycanda bəzi şəxslərə məcburi psixiatriya yardımı göstəriləcək - Qanun nə deyir? - VİDEO

Azərbaycanda məhkəmə qərarı olmadan, prokurorun qərarı ilə şəxslərin qeyri-könüllü psixiatrik müayinəyə cəlb edilməsi və məcburi hospitallaşdırma qaydaları ilə tanış olun.

Bu gün · 05:00
İki il təhsil, yoxsa iş təcrübəsi? - Magistratura üçün yeni yanaşma TƏKLİFİCəmiyyət

İki il təhsil, yoxsa iş təcrübəsi? - Magistratura üçün yeni yanaşma TƏKLİFİ

Dövlət İmtahan Mərkəzinin (DİM) elan etdiyi magistraturaya qəbul nəticələrinə görə dörd minə yaxın plan yeri boş qalıb. Rəqəmlər magistratura təhsilinə marağın səviyyəsini və əmək bazarındakı dəyərinin yenidən qiymətləndirilməsinə ehtiyac olduğunu göstərir.

Bu gün · 08:00