
"Azerconnect Group" və NVIDIA arasında tərəfdaşlıq müqaviləsi imzalanıb
"Azerconnect Group" və qlobal texnologiya nəhəngi NVIDIA arasında tərəfdaşlıq müqaviləsi imzalanıb. Müqavilə "Azerconnect Group"un baş direktoru Emil Məsimov və NVIDIA-nın baş vitse-prezidenti Cef Fişer tərəfindən ABŞ-də imzalanıb. Əməkdaşlığın ilkin mərhələsində "Azerconnect Group" "GeForce NOW" xidmətini təqdim edəcək.
"Azerconnect Group" və qlobal texnologiya nəhəngi NVIDIA arasında tərəfdaşlıq müqaviləsi imzalanıb. Müqavilə "Azerconnect Group"un baş direktoru Emil Məsimov və NVIDIA-nın baş vitse-prezidenti Cef Fişer tərəfindən ABŞ-də imzalanıb. Əməkdaşlığın ilkin mərhələsində "Azerconnect Group" "GeForce NOW" xidmətini təqdim edəcək.
ABŞ səfəri zamanı "Azerconnect Group" rəhbərliyi, NVIDIA-nın telekommunikasiya sahəsində biznesin inkişafı üzrə qlobal vitse-prezidenti Kris Penrouzun rəhbərlik etdiyi komanda ilə görüşlər keçirilib. Əməkdaşlığın növbəti mərhələsi üçün süni intellekt əsaslı şəbəkələr, 6G infrastrukturu və süni intellekt data mərkəzinin yaradılması prioritet istiqamətlər olaraq müəyyən edilib.
"NVIDIA ilə rəsmi tərəfdaşlıq qlobal texnologiya liderləri ilə əməkdaşlığımızın yeni strateji mərhələsinin başlanğıcıdır. "Azerconnect Group" olaraq rəqəmsal xidmətlər portfelinin daha da genişləndirilməsi istiqamətində fəaliyyətimizi davam etdirəcəyik", - deyə Emil Məsimov qeyd edib.
NVIDIA ilə tərəfdaşlıq "Azerconnect Group"un texnoloji imkanlarını daha da genişləndirərək süni intellekt əsaslı innovativ həllərin tətbiqini sürətləndirəcək.
"Azerconncet" haqqında məlumat:
Ölkəmizdə dinamik şəkildə inkişaf edən İKT və yüksək texnologiyalar sahələrində fəaliyyət göstərən "Azerconnect Group" mobil, internet, beynəlxalq kanalların təşkili və "FinTech", "AdTech", Media/TV kimi rəqəmsal xidmətlər təqdim edir. "Azerconnect Group" müxtəlif ölkələrdə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən "NEQSOL Holding" beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Digər"Kaşıbeyaz" artıq Bakıda: Türk mətbəxinin yeni ünvanı "Dreamland"də
Bakı şəhərinin premium həyat tərzi məkanlarından biri olan "Dreamland"də türk mətbəxinin tanınmış brendlərindən Kaşıbeyaz fəaliyyətə başlayır. Türkiyədə uzun illərə dayanan kulinariya irsini və qonaqpərvərlik ənənəsini özündə birləşdirən Kaşıbeyaz, Bakıda həm dad, həm də konsept baxımından fərqli bir restoran təcrübəsi təqdim etməyi hədəfləyir. Brendin şəhərə gəlişi, paytaxtın restoran və həyat tərzi səhnəsində diqqət çəkən hadisələrdən biri kimi qiymətləndirilir.
Digər"Azercell" eSIM-ə keçidi tam rəqəmsallaşdırdı
"Azercell Telekom" MMC müştəri təcrübəsini daha da təkmilləşdirmək və xidmətlərini tam rəqəmsal müstəviyə keçirmək istiqamətində növbəti yeniliyi təqdim edib. Artıq istifadəçilər fiziki SIM kartdan eSIM-ə keçidi müştəri xidmətlərinə müraciət etmədən, birbaşa tətbiq üzərindən sürətli və rahat şəkildə həyata keçirə bilərlər.
Digər"360° Cyber" günü: "B&B Security" AI dövrünün kibertəhlükəsizlik həllərini təqdim edib
Ölkənin aparıcı kibertəhlükəsizlik şirkəti "B&B Security" tərəfindən ilk dəfə təşkil olunan beynəlxalq "360° Cyber" günü uğurla həyata keçirilib. Sürətlə dəyişən rəqəmsal dünyada kibertəhlükəsizlik çağırışlarının müzakirəsinə həsr olunan tədbir 400-dən çox peşəkarı bir araya gətirib və gələcəkdə hər il keçirilməsinin planlaşdırıldığı bütün tədbir iştirakçıları ilə paylaşılıb.
Digər"Baku Steel Company" Almaniyada "Tube 2026" sərgisində
13-17 aprel 2026-cı il tarixlərində Almaniyanın Düsseldorf şəhərində boru sənayesinin aparıcı beynəlxalq tədbirlərindən biri olan "Tube 2026" sərgisi keçirilib. Azərbaycanı sərgidə yeganə milli iştirakçı qismində "Baku Steel Company" QSC (bundan sonra - BSC) təmsil edib.