
Azovda həlak olan kapitanın nəşi sabah TORPAĞA TAPŞIRILACAQ
İyunun 5-də Azov dənizində yük gəmisinə PUA hücumu zamanı həyatını itirən 45 yaşlı Xaçmaz sakini Fuad Orucovun nəşi ya bu gün axşam, ya da sabah səhər doğulduğu Yergüc kəndinə gətiriləcək. Bu barədə mərhumun ailəsinə rəsmi qurumlardan məlumat verilib.
İyunun 5-də Azov dənizində yük gəmisinə PUA hücumu zamanı həyatını itirən 45 yaşlı Xaçmaz sakini Fuad Orucovun nəşi ya bu gün axşam, ya da sabah səhər doğulduğu Yergüc kəndinə gətiriləcək. Bu barədə mərhumun ailəsinə rəsmi qurumlardan məlumat verilib.
Gundem.today Bizim.media-ya istinadən xəbər verir ki, Xaçmaz Rayon İcra Hakimiyyətinin Yergüc kənd İnzibati Ərazi Dairəsindən bildirilib ki, F.Orucov sabah doğulduğu kəndin qəbiristanlığında son mənzilə yola salınacaq.
Xatırladaq ki, iyunun 5-də gecə saatlarında Azov dənizində iki xarici yük gəmisinin - "Natra" və "Zirkon" quru yük gəmilərinin dronlarla vurulması nəticəsində dörd Azərbaycan vətəndaşı həlak olub, dördünün isə yaralandığı bildirilib. Hadisə ilə bağlı araşdırmalar davam edir.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətÖlkəmizdə psixi xəstələrin sayı sürətlə artır - ŞOK RƏQƏMLƏR
2025-ci ildə psixoaktiv maddələrin qəbulu ilə bağlı olan pozuntular istisna olmaqla, psixi və davranış pozuntuları diaqnozu ilk dəfə qoyulmuş 6 063 nəfər qeydiyyata alınıb.
CəmiyyətŞahbuz rayonunun Kükü kəndinə dolu düşüb - VİDEO
Naxçıvan Muxtar Respublikasında qeyri-sabit hava şəraiti hökm sürür.
CəmiyyətƏhliman Əmiraslanov və Abel Məhərrəmova VƏZİFƏ VERİLDİ
Azərbaycan Ağsaqqallar Şurası (AAŞ) sədrinə yeni müavinlər təyin olunub.
CəmiyyətSakinlərin NƏZƏRİNƏ: Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz təchizatında fasilələr yaranacaq.