Son dəqiqə
İtaliyada meşə yanğınları: Minlərlə insan təxliyə edildi - VİDEOMehriban Əliyeva açılışı olan İslam Səfərli küçəsindən paylaşım edib - VİDEOAna və bacısını qətlə yetirən Kainat cəzadan azad edildiMərkəzi Banka baş direktor təyin edildi: 10 oldular - FOTONiderland meşə yanğınları ilə bacarmır - İlk dəfə Avropa ölkələrindən yardım istədi"Azeronline"a yeni baş müdir təyin edilir
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Cəmiyyət
  3. Bakı Dövlət Sirkinin əmlakı qanunsuz satılıb? - AÇIQLAMA - FOTO
Bakı Dövlət Sirkinin əmlakı qanunsuz satılıb? - AÇIQLAMA - FOTO
Cəmiyyət

Bakı Dövlət Sirkinin əmlakı qanunsuz satılıb? - AÇIQLAMA - FOTO

Bu gün
13:16
0 baxış
Paylaş:

"Bakı Dövlət Sirkinin əmlakı - zirzəmidə olan mühərriklər, ümumilikdə 6-7 ton dəmir talan olunaraq satılıb".

"Bakı Dövlət Sirkinin əmlakı - zirzəmidə olan mühərriklər, ümumilikdə 6-7 ton dəmir talan olunaraq satılıb".

Gundem.today "Qafqazinfo"ya istinadla xəbər verir ki, bunu əvvəllər sözügedən sirkdə pəhləvan kimi çalışmış Emin Süleymanov bildirib.

Onun sözlərinə görə, sirk rəhbərliyi fəhlələrə maaş əvəzinə oradakı əmlakı sataraq əldə edəcəkləri pulu götürməyə icazə verib:

"Sirkin direktoru Nahid Ağayev fəhlələrə pul verə bilmədiyi üçün qanunsuz olaraq həmin əmlakın satılmasını tapşırıb. İşçilərə bildirilib ki, əməkhaqlarını satışdan qazanacaqları puldan götürsünlər. Əslində isə sirk ölkə əhəmiyyətli memarlıq abidəsidir və qanunla qorunmalıdır. Bəs bu abidəni necə qoruyurlar? Axı onu bu günə qoymaq olmaz".

İddialarla əlaqədar Bakı Dövlət Sirkinə ünvanlanan sorğuya cavab olaraq bildirilib ki, Emin Süleymanov ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi qüvvədə olan əmək qanunvericiliyinin tələblərinə tam uyğun şəkildə həyata keçirilib:

"Bununla bağlı prosedurlar qanuni əsaslara söykənib və müvafiq qaydada icra olunub.

Müraciətdə qeyd edilən digər iddialara gəldikdə isə həmin məqamlar aidiyyəti üzrə diqqətlə araşdırılıb, müxtəlif dövlət qurumlarına ünvanlanmış müraciətlər də daxil olmaqla hərtərəfli qiymətləndirilib. Aparılmış araşdırmalar nəticəsində bu iddiaların təsdiqini tapmadığı və obyektiv faktlara əsaslanmadığı müəyyən edilib".

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Cəmiyyət#Bakı_Dövlət_Sirki#sirk_əmlakının_satılması#Emin_Süleymanov#Nahid_Ağayev#dəmir_talanı#sirk_qalmaqalı#əməkhaqqı_problemi#memarlıq_abidəsi.

Oxşar Xəbərlər

Mərkəzi Banka baş direktor təyin edildi: 10 oldular - FOTOCəmiyyət

Mərkəzi Banka baş direktor təyin edildi: 10 oldular - FOTO

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov Sadiq Axundovu quruma baş direktor təyin edilib.

Bu gün
17:200
Tofiq Əsgərova yüksək vəzifə verildi - FOTOCəmiyyət

Tofiq Əsgərova yüksək vəzifə verildi - FOTO

Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri Rəşad Musayevin müvafiq əmrinə əsasən, İnzibati təşkilat sektorunun müdiri vəzifəsinə təyinat olub.

Bu gün
17:000
Bakının mərkəzində QAYDA POZUNTUSU: Maşını nizamsız park edib getdi - VİDEOCəmiyyət

Bakının mərkəzində QAYDA POZUNTUSU: Maşını nizamsız park edib getdi - VİDEO

Bakının mərkəzində avtomobilin düzgün qaydada park edilməməsi digər sürücülərin narazılığına səbəb olub.

Bu gün
16:280
Səhiyyə Nazirliyinin mütəxəssisi xəbərdarlıq edir: Oturaq həyatın gizli təhlükələri - FOTOCəmiyyət

Səhiyyə Nazirliyinin mütəxəssisi xəbərdarlıq edir: Oturaq həyatın gizli təhlükələri - FOTO

Fiziki aktivlik insan sağlamlığının qorunmasında mühüm rol oynayan əsas amillərdən biridir. Müasir dövrdə bu sahənin əhəmiyyəti daha da artır.

Bu gün
16:080