Bakı ilə Daşkənddən TARİXİ ADDIM: Müttəfiqlik yeni səviyyəyə yüksəlir
Çoxvektorlu xarici siyasət yürüdən Azərbaycanın xarici siyasət kursunda Mərkəzi Asiya ölkələri ilə, xüsusilə də Özbəkistanla əlaqələrin genişləndirilməsi böyük əhəmiyyət daşıyır. İki dost və qardaş xalqı birləşdirən çoxəsrlik ortaq tarix, dil, mədəniyyət və mənəvi dəyərlərlə yanaşı, Azərbaycanla Özbəkistan arasında qarşılıqlı etimad və siyasi dialoq da son illərdə daha da möhkəmlənib. Bu münasibətlər son dövrdə keyfiyyətcə yeni mərhələyə yüksələrək müttəfiqlik xarakteri alıb və demək olar ki, bütün sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün əlverişli zəmin yaradıb. Məhz bu baxımdan Prezident İlham Əliyevin avqustun 23-24-də dost Özbəkistana dövlət səfərinə Bakı ilə Daşkənd arasında münasibətlərin yeni mərhələyə keçidi kontekstində nəzər salmaq lazımdır.