
"Bakı Marafonu 2026"nın mükafatlandırma mərasimi olub, qaliblərə medalları Leyla Əliyeva təqdim edib
Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən "Bakı Marafonu 2026"da mükafatlandırma mərasimi olub.
Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən "Bakı Marafonu 2026"da mükafatlandırma mərasimi olub.
Gundem.today xəbər verir ki, marafonun "Sea Breeze" ərazisindəki finiş zonasında qaliblərə medalları Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva təqdim edib.
Mərasimdə, həmçinin Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov və "Agalarov Development" şirkətinin prezidenti Emin Ağalarov iştirak ediblər.
Ardınca xatirə şəkili çəkdirilib.
Marafonda finiş xəttinə kişilər arasında ilk çatan idmançı Türkiyədən Əhməd Alkanoğlu olub. İkinci yerdə ukraynalı yarışçı Vitaliy Şafar, üçüncü yerdə isə Qırğızıstan təmsilçisi Yrskeldi Akerov qərarlaşıb.
Qadınların mübarizəsində Rusiyadan Elena Tolstıx birinci, Azərbaycandan Anna Yusupova ikinci, Qazaxıstandan Şirin Akimbay üçüncü yerin sahibi olub.
Qeyd edək ki, bu il "Bakı Marafonu" ilk dəfə olaraq 21 kilometrlik məsafədə deyil, tam 42 kilometrlik marşrutda keçirilib. Marafona 25 min iştirakçı qatılıb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
SiyasətUral Yusupov: "Özbəkistan və Azərbaycan qiymətli metal yataqlarında birgə geoloji kəşfiyyat işlərinə hazırlaşırlar"
"Özbəkistan və Azərbaycan ilin sonuna qədər qiymətli metal yataqlarında birgə geoloji kəşfiyyat işlərinə başlamaq barədə qərar verəcəklər".
SiyasətSürücülük vəsiqəmiz hansı ölkələrdə tanınır? - FOTO
Azərbaycan və Belarus sürücülük vəsiqələrini qarşılıqlı olaraq tanıyacaq. Bu məsələ Milli Məclisdə müzakirəyə çıxarılan və artıq Prezident İlham Əliyev tərəfindən təsdiqlənən qanun layihəsində əksini tapıb. Sazişin məqsədi iki ölkə arasında nəqliyyat sahəsində hüquqi mexanizmlərin sadələşdirilməsi, vətəndaşların hərəkət azadlığının genişləndirilməsi və sürücülük vəsiqələrinin tanınması prosedurlarının qarşılıqlı əsasda asanlaşdırılmasıdır.
SiyasətLeyla Əliyeva və Arzu Əliyeva Beynəlxalq Xalça Festivalını ziyarət ediblər - FOTO
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva İçərişəhərdəki Qoşa Qala meydanında keçirilən Beynəlxalq Xalça Festivalını ziyarət ediblər.
SiyasətAnar Ələkbərov "Bakı Marafonu 2026"dan paylaşım edib - FOTO
Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov "Bakı Marafonu 2026"dan paylaşım edib.