
Bakı metrosunda daha bir insident: Ölən var
Bu gün saat 20:20-də metronun "28 May" stansiyasında sərnişin qatar yoluna düşüb.
Bu gün saat 20:20-də metronun "28 May" stansiyasında sərnişin qatar yoluna düşüb.
Gundem.today xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətindən məlumat verilib.
Bildirlib ki, dərhal təmas relsindən yüksək gərginlik çıxarılıb və təcili tibbi yardım xidməti əraziyə çağırılıb.
İlkin məlumata əsasən, həkimlərin səyinə baxmayaraq, sərnişinin həyatını xilas etmək mümkün olmayıb.
Yüksək gərginlik bərpa edildikdən sonra qatar sərnişinsiz yola salınıb və "Nərimanov" stansiyasından elektrik deposuna göndərilib.
Hadisə ilə bağlı intervaldan əlavə yubanmalar yaranıb.
Hazırda "İçərişəhər-Əhmədli" istiqamətində qatarların hərəkəti bərpa olunub.
Xatırladaq ki, bu gün saat 12-də Bakı Metropoliteninin bütün stansiyalarında sərnişinlərin girişinə müvəqqəti məhdudiyyət tətbiq edilib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətABŞ-İsrail-İran gərginliyi turizm bazarını silkələdi: Azərbaycana necə təsir edib? - VİDEO
ABŞ-İsrail-İran münaqişəsi turizm sektoruna da təsirsiz ötüşməyib. Ekspertlər bildirirlər ki, belə müharibələr insanların səyahət seçimlərinə birbaşa təsir edir.
CəmiyyətNaxçıvan Ali Məhkəməsində şöbə müdirlərinə artıq ödəniş edilibmiş
Hesablama Palatası Naxçıvan Ali Məhkəməsində ödəniş və satınalma pozuntuları aşkarlayıb.
CəmiyyətBakı metrosunda daha bir insident: Ölən şəxsin kimliyi bilindi
Bakı metropoliteninin "28 May" stansiyasında qatar yoluna düşərək həyatını itirən şəxsin kimliyi müəyyənləşib.
CəmiyyətNazirdən Azərbaycanda maaş artımı ilə bağlı AÇIQLAMA
"İndiyə qədər icra edilmiş bütün sosial paketlərdə minimum əməkhaqqının artırılması ilə bağlı qərar qəbul olunub. Qeyd etdiyim kimi, ötən dövr ərzində minimum əməkhaqqı 3.1 dəfə artaraq 130 manatdan 400 manata yüksəlib".