Son dəqiqə
"Crocus City Hall" terrorçularının ilkin hədəfi başqa obyekt olubmuşXəzərdə 5.3 bal gücündə zəlzələ oldu - FOTODoqquz yeni metro stansiyasının layihələndirmə işləri tam başa çatıbEltisinin ölümünə səbəb olan həkim HƏBS OLUNDUBakıda GÜCLÜ KÜLƏK: Yol polisi piyada və sürücülərə müraciət etdiTaleh Bağırzadənin oğlu 17 yaşlı qızın burnunu sındırıb
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Cəmiyyət
  3. Bakı metrosunda yeni keçidin istifadəyə veriləcəyi tarix bilindi - FOTO
Bakı metrosunda yeni keçidin istifadəyə veriləcəyi tarix bilindi - FOTO
Cəmiyyət

Bakı metrosunda yeni keçidin istifadəyə veriləcəyi tarix bilindi - FOTO

Bu gün
11:30
2 baxış
Paylaş:

"AZCON Holding" şirkətlərindən olan Bakı Metropoliteni tərəfindən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı" çərçivəsində icra edilən xətlərin ayrılması layihəsi üzrə daha bir istiqamətdə inşaat işləri davam etdirilir.

"AZCON Holding" şirkətlərindən olan Bakı Metropoliteni tərəfindən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı" çərçivəsində icra edilən xətlərin ayrılması layihəsi üzrə daha bir istiqamətdə inşaat işləri davam etdirilir.

Gundem.today-ın məlumatına görə, məqsəd ayrılmadan sonra "yaşıl" və "qırmızı" xətlər arasında keçid məntəqələri olan "28 May" və "Cəfər Cabbarlı" stansiyalarında rahat və təhlükəsiz hərəkəti təmin edəcək infrastruktur şəraitini, habelə sərnişin axınının tənzimlənməsi imkanlarını yaxşılaşdırmaqdır. Yeni piyada keçidi "Cəfər Cabbarlı" stansiyasının platformasına birbaşa, sürətli və ən qısa hərəkət istiqaməti yaradacaq. Bununla da sərnişin axınını "Dərnəgül" və "Xətai" istiqamətinə ayırmaqla "28 May" stansiyasında daha nizamlı və təhlükəsiz hərəkət təmin olunacaq.

Bu keçid "28 May" stansiyasına daxil olan sərnişinlərin giriş-çıxışı üçün də növbəti əlverişli şərait yaradacaq. Sərnişinlər "Cəfər Cabbarlı" stansiyasından istifadə etməklə ən qısa yolla "28 May" stansiyasının platformasına daxil ola biləcəklər. Beləliklə, "28 May" stansiyasının giriş qapısında gözləmədən birbaşa platformaya daha qısa müddətdə, rahat və sürətli daxil olmağa imkan verəcək, eyni zamanda platformada əlavə sıxlığın yaranmasının qarşısı alınacaq.

Keçidin inşası üçün qazıntı işləri və metal konstruksiyalı tunelin quraşdırılması artıq tamamlanıb. Hazırda "28 May" stansiyasının platforması ilə birləşmə hissəsində işlər davam edir. Paralel olaraq, üç hissədən ibarət pilləkənlərdə metal karkas qurularaq betonlama işlərinə hazırlıq görülür.

Yekun mərhələdə üzləmə işləri aparılacaq piyada keçidinin yeni tədris mövsümünə qədər istifadəyə verilməsi nəzərdə tutulub.

Xətlərin ayrılması layihəsinin əsas hədəflərindən biri olan "Cəfər Cabbarlı" - "Nizami" mənzilini birləşdirəcək, uzunluğu 200 metrə yaxın olan tunelin inşasının birinci mərhələsi başa çatdırılıb. Görülən işlər çərçivəsində "28 May" stansiyası ətrafında iki ərazidə - Süleyman Rəhimov və Mirəli Qaşqay küçələrinin kəsişməsindəki avtomobil parklanma zonası və "Cəfər Cabbarlı" stansiyasının yaxınlığında yerləşən iki hazırlıq şaxtasının qazıntısı aparılıb. Bu şaxtalar inşaatın aparılması, texnika və materialların inşaat meydançasına endirilməsi məqsədilə istifadə olunur. "Cəfər Cabbarlı" stansiya yolundan başlayaraq əsas tunel sahəsinə qədər olan iki yanaşma sahəsinin tikintisi başa çatdırılıb.

Tikinti işləri ərazinin ağır geoloji mühitinə uyğun olaraq ən təhlükəsiz inşaat üsullarından "Yeni Avstriya" metodu ilə aparılır. Bununla da sahədə optimal texniki təhlükəsizlik tam təmin olunub.

Tikinti prosesi yerüstü sahədə avtobusların, dəmiryol vağzalının, "28 May" və "Cəfər Cabbarlı" stansiyalarının fəaliyyətinə heç bir maneə yaratmır. Ərazidən bütün istiqamətlərdə piyadaların təhlükəsiz hərəkəti üçün yollar təmin edilib.

Qeyd edək ki, 200 metrə yaxın tunelin inşası başa çatana qədər qatarların hərəkəti "İçərişəhər" - "Əhmədli" (habelə "Əhmədli" - "Həzi Aslanov" məkik hərəkət mənzili), "Dərnəgül" - "Nizami" və indiki kimi "Cəfər Cabbarlı" - "Xətai" olmaqla təşkil ediləcək. Tikintinin növbəti mərhələsində sərnişinlər "28 May" və "Nizami" stansiyaları arasında yerüstü nəqliyyatdan istifadə edəcəklər.

Tunelin inşasının "Dərnəgül" elektrik deposunun birinci mərhələsi tamamlandıqdan sonra 11 ay ərzində yekunlaşdırılması nəzərdə tutulur. Eləcə də müvafiq digər avadanlıq, qurğu və sistemlərin quraşdırılması başa çatdıqdan sonra "qırmızı" ("İçərişəhər" - "Həzi Aslanov") və "yaşıl" ("Dərnəgül" - "Xətai") xətlər tam müstəqil fəaliyyət göstərməyə başlayacaq.

Sərnişinlər "yaşıl xət"dən "qırmızı xətt"ə və əksinə "28 May" - "Cəfər Cabbarlı" keçidindən istifadə edəcəklər.

Daha çox şəkil burada: PhotoStock.Az

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Cəmiyyət#Bakı_Metropoliteni#28_May_stansiyası#Cəfər_Cabbarlı_stansiyası#Yaşıl_və_Qırmızı_xətlər#metro_keçidi#metro_tunel_tikintisi#metroda_xətlərin_ayrılması#Bakı_nəqliyyat_infrastrukturu#yeni_piyada_keçidi#Dərnəgül_deposu

Oxşar Xəbərlər

Doqquz yeni metro stansiyasının layihələndirmə işləri tam başa çatıbCəmiyyət

Doqquz yeni metro stansiyasının layihələndirmə işləri tam başa çatıb

Bakıda 9 yeni metro stansiyasının layihələndirmə işləri tam başa çatıb.

Bu gün
13:040
Bakıda GÜCLÜ KÜLƏK: Yol polisi piyada və sürücülərə müraciət etdiCəmiyyət

Bakıda GÜCLÜ KÜLƏK: Yol polisi piyada və sürücülərə müraciət etdi

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, bu gün Bakıda və Abşeron yarımadasında, eyni zamanda, bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.

Bu gün
12:500
Metronun iki stansiyasını birləşdirən avtobus xəttində GEDİŞ PULSUZ OLA BİLƏRCəmiyyət

Metronun iki stansiyasını birləşdirən avtobus xəttində GEDİŞ PULSUZ OLA BİLƏR

"Bakı Metropolitenində xətlərin ayrılması layihəsi icra edilərkən "28 May" və "Nizami" stansiyaları arasında avtobusların ödənişsiz fəaliyyət göstərməsi məsələsi müzakirə edilir".

Bu gün
12:442
Sabah Bakıda 17 dərəcə isti olacaq, rayonlara qar, dolu yağacaq - 09.04.2026Cəmiyyət

Sabah Bakıda 17 dərəcə isti olacaq, rayonlara qar, dolu yağacaq - 09.04.2026

Azərbaycanda aprelin 9-da gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb.

Bu gün
12:311