
Bakı-Qazax yolunda mikroavtobus qəzaya uğradı: 9 NƏFƏR YARALANDI - VİDEO
Dünən saat 16:00-da Bakı-Qazax avtomobil yolunun 59-cu kilometrliyində yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Dünən saat 16:00-da Bakı-Qazax avtomobil yolunun 59-cu kilometrliyində yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Gundem.today-ın əldə etdiyi məlumata görə, "Mercedes Vito" avtomobil ilə "Honda" markalı avtomobil toqquşub.
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən və Kliniki Tibbi Mərkəzdən Gundem.today-ın sorğusuna cavab olaraq bildirilib ki, çağırış ünvanına 6 təcili tibbi yardım briqadası cəlb olunub.
Məlumatda qeyd olunub ki, təcili tibbi yardım briqadaları tərəfindən 9 nəfər (8 qadın, 1 kişi) müştərək travmalarla Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub:
"Müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Hazırda onların müalicələri müvafiq şöbələrdə davam etdirilir. 6 nəfərin vəziyyəti orta ağır, 2 nəfərin vəziyyəti isə ağır qiymətləndirilir".
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
HadisəSalyanda restoranda ölüm hadisəsi baş verib - FOTO
Bakı-Astara yolunun Salyan rayonu ərazisindən keçən hissəsində yerləşən restoranda ölüm hadisəsi baş verib.
HadisəXaçmazda AĞIR QƏZA: Sıxılı vəziyyətdə qalan qadının xilas edilməsinin ANBAAN GÖRÜNTÜSÜ
Xaçmaz şəhəri, Bakı küçəsində yol-nəqliyyat hadisəsi baş verib və vətəndaş avtomobildə sıxılı vəziyyətdə qalıb.
HadisəBakının mərkəzində yeni təmir olunan yol ÇÖKDÜ - VİDEO - FOTO
Paytaxtın Cəlil Məmmədquluzadə küçəsi ilə Nəsib bəy Yusifbəyli küçəsinin kəsişməsində yolda çökmə baş verib.
HadisəAğdamda bir nəfər minaya düşüb
Ağdamda Yusifcanlı kənd sakini, 1985-ci il təvəllüdlü Ceyhun Firdovsi oğlu Abbasov minaya düşüb.