
Bakı-Şamaxı yolunda qəza: 67 yaşlı qadın öldü
Bakı-Şamaxı yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bakı-Şamaxı yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Gundem.today-ın məlumatına görə, hadisə yolun Qobustan rayonu ərazisindən keçən hissəsində baş verib.
Göyçay rayonundan Bakı istiqamətində hərəkətdə olan "Hyundai Sonata" markalı 99-CL-755 dövlət nömrə nişanlı avtomobil hərəkətdə olarkən idarəetməni itirərək aşıb.
Hadisə nəticəsində avtomobildə olan sərnişin, Göyçay rayon sakini 1959-cu il təvəllüdlü Məznunə Ətraf qızı Xəlilova aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Hadisə nəticəsində yolun Şamaxıdan Bakıya gələn istiqamətində sıxlıq yaranıb.
Faktla bağlı araşdırma aparılır.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
HadisəGədəbəydə 2 yaşlı uşaq qəfil vəfat edib
Gədəbəydə 2 yaşlı uşaq xəstəlikdən ölüb.
HadisəBakıda yağışlı havada baş verən qəzanın ANBAAN GÖRÜNTÜLƏRİ
Bakının Yasamal rayonunda, Əbdülvahab Salamzadə küçəsində yağışlı havada ara məsafəsi saxlamayan sürücü qəza törədib. NİİM sürücülərə ehtiyatlı olmaqla bağlı xəbərdarlıq edib.
HadisəAzərbaycanda zəlzələ oldu
Lənkəran stansiyasından 12 km qərbdə, Lənkəran rayonunda zəlzələ qeydə alınıb.
HadisəBir ailənin dörd üzvü Kürdə köməksiz vəziyyətdə qalıb
Samux rayonu ərazisində Kür çayında suyun səviyyəsinin qalxması nəticəsində bir ailənin 4 üzvü köməksiz vəziyyətdə qalıb.