
Bakıda avtomobillərdən oğurluq edən şəxslər saxlanılıblar
Paytaxtın Sabunçu rayonu ərazisində "BYD" markalı avtomobildən qızıl qolbaq və qulaqlığın oğurlanması barədə polisə müraciət daxil olub.
Paytaxtın Sabunçu rayonu ərazisində "BYD" markalı avtomobildən qızıl qolbaq və qulaqlığın oğurlanması barədə polisə müraciət daxil olub.
Gundem.today xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 27 yaşlı E.Xəlilov müəyyən edilərək saxlanılıb.
Analoji hadisə Yasamal rayonunda da qeydə alınıb. "Toyota" markalı avtomobildən qulaqlıq və digər əşyalar oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş 35 yaşlı Q.Sultanov polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.
Hər iki faktla bağlı araşdırma aparılır.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
KriminalÖtən gün Azərbaycanda 21 kiloqramdan çox narkotik aşkarlanıb
Martın 28-də polis əməkdaşlarının Bakıda və regionlarda keçirdiyi əməliyyatlar nəticəsində 21.6 kq-dan çox narkotik vasitə, həmçinin qanunsuz silahlar və patronlar müsadirə edilib
KriminalÖtən gün cinayət törətməkdə şübhəli bilinən 17 nəfər saxlanılıb
Daxili İşlər Nazirliyinin (DİN) məlumatına görə, martın 28-də Azərbaycanda 17 şübhəli şəxs saxlanılıb, axtarışda olan 51 nəfər isə aidiyyəti üzrə təhvil verilib.
Kriminal"Kahı" adı ilə ölkəyə külli miqdarda marixuana keçirmək istədilər - FOTO - VİDEO
Dövlət Gömrük Komitəsi (DGK) "kahı, kərəviz və gül kələm" yükü daşıyan nəqliyyat vasitəsində 56 kiloqramdan artıq marixuana aşkar edib.
KriminalAğsuda qadını öldürüb əkin sahəsinə atan şəxslər həbs edildilər
Martın 23-də Ağsu rayonunda yerləşən otlaq sahədə 1983-cü il təvəllüdlü Zahirə Şükürovanın meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.