
Bakıda yeddi avtomobil toqquşdu: Zəncirvari qəzada xəsarət alanların SON VƏZİYYƏTİ
Bakı şəhəri, Yeni Günəşli qəsəbəsində baş verən zəncirvari yol-nəqliyyat hadisəsində xəsarət alan şəxslərin vəziyyəti açıqlanıb.
Bakı şəhəri, Yeni Günəşli qəsəbəsində baş verən zəncirvari yol-nəqliyyat hadisəsində xəsarət alan şəxslərin vəziyyəti açıqlanıb.
Bu barədə Gundem.today-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Bildirilib ki, iyunun 9-u saat 12:20-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Suraxanı rayonu, Günəşli qəsəbəsi ərazisindən çağırış qeydə alınıb:
"Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.
Təcili tibbi yardım briqadası tərəfindən iki nəfər (kişi) müştərək travma diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub.
Müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti stabil qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar".
Bakı şəhəri, Yeni Günəşli qəsəbəsində baş verən zəncirvari yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub.
Məsələ ilə bağlı Gundem.today-a açıqlama verən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) bölmə rəisi, polis mayoru Toğrul Nəsirli bildirib ki, hadisə nəticəsində yeddi nəqliyyat vasitəsi toqquşub, üç nəfər xəsarət alıb:
"İyunun 9-u saat 12 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində 99-NQ-646 dövlət nömrə nişanlı "Mercedes-Benz" markalı avtobus, 90-MN-355 dövlət nömrə nişanlı "Mercedes-Benz" markalı minik avtomobili, 99-FY-794 dövlət nömrə nişanlı "Ford" markalı nəqliyyat vasitəsi, 77-BU-120 dövlət nömrə nişanlı "Mercedes Sprinter" markalı nəqliyyat vasitəsi, 88-BM-460 dövlət nömrə nişanlı "Chevrolet" markalı avtomobil, 90-BV-008 dövlət nömrə nişanlı "Changan" markalı avtomobil, 90-RA-349 dövlət nömrə nişanlı "Mercedes-Benz" markalı avtomobil toqquşub. Qəza nəticəsində 90-MN-355 dövlət nömrə nişanlı "Mercedes-Benz" markalı minik avtomobilinin sürücüsü Məhəmməd Mübariz oğlu Zeynalov, həmin nəqliyyat vasitəsindəki sərnişin Elçin Vaqif oğlu Sultanəliyev, 77-BU-120 dövlət nömrə nişanlı "Mercedes Sprinter" markalı nəqliyyat vasitəsinin sürücüsü Vüqar Eyvaz oğlu Abdullayev xəsarət alıb.
Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır".
Bakı şəhəri, Yeni Günəşli qəsəbəsində zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
Gundem.today-ın qaynar xəttinə daxil olan məlumata görə, hadisə nəticəsində 10 nəqliyyat vasitəsi toqquşub.
Hadisə zamanı "Mercedes" markalı avtomobil, "Iveco" markalı sərnişin avtobusu, "Mercedes Viano" və "Ford Transit" avtomobillərinə maddi ziyan dəyib.
Hadisə nəticəsində xəsarət alanların olub-olmadığı məlum deyil.
Ətraflı videogörüntünü təqdim edirik:
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
HadisəAğdamda məktəbli qız Bərdə sakini ilə qaçdı
Ağdamda 10-cu sinif şagirdi Bərdə sakini ilə qaçıb.
HadisəSabunçuda açıq ərazidə yanğın baş verib - VİDEO
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.
HadisəSabunçuda açıq ərazidə yanğın baş verib
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.
HadisəBakının məşhur gecə klubunun qarşısında dava: İki mühafizəçi həbs edildi
Bakının Səbail rayonunda gecə klubunda dava olub.