
"Bavariya"dan möhtəşəm geridönüş - VİDEO
Almaniya Bundesliqasının 31-ci turunda "Bavariya" səfərdə "Maynz" üzərində 4:3 hesablı qələbə qazanıb.
Almaniya Bundesliqasının 31-ci turunda "Bavariya" səfərdə "Maynz" üzərində 4:3 hesablı qələbə qazanıb.
Gundem.today xəbər verir ki, qarşılaşma Maynz şəhərindəki "MEVA Arena" stadionunda baş tutub.
Ev sahibləri ilk hissədə böyük üstünlük əldə edib. 15-ci dəqiqədə Dominik Kor hesabı açıb, 29-cu dəqiqədə Paul Nebel fərqi artırıb, 45+2-ci dəqiqədə isə Şeraldo Bekker üçüncü qolu vuraraq hesabı 3:0-a çatdırıb.
İkinci hissədə "Bavariya" möhtəşəm geridönüş edib. 53-cü dəqiqədə Nikolas Cekson hesab fərqini azaldıb, 73-cü dəqiqədə Maykl Olise fərqi minimuma endirib. 80-ci dəqiqədə Camal Musiala hesabı bərabərləşdirib, 83-cü dəqiqədə isə Harri Keyn qələbə qolunu vurub.
Bu nəticədən sonra "Maynz" 34 xalla 10-cu, artıq çempionluğu təmin etmiş "Bavariya" isə 82 xalla turnir cədvəlinin lideridir.
Növbəti turda "Maynts" "Sankt-Pauli" ilə səfərdə, "Bavariya" isə "Haydenhaym"la evdə qarşılaşacaq.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
İdmanİslam Bazarqanov Albaniyada Avropa çempionu oldu
Azərbaycanın sərbəst güləşçisi İslam Bazarqanov Albaniyanın paytaxtı Tiranada təşkil olunan Avropa çempionatının qalibi olub.
İdmanİngiltərə Premyer Liqası: "Liverpul"dan inamlı qələbə - VİDEO
İngiltərə Premyer Liqasının 34-cü turunda "Liverpul" evdə "Kristal Pelas" üzərində 3:1 hesablı qələbə qazanıb.
İdmanPremyer Liqa: "Qəbələ" - "Araz-Naxçıvan" oyununda qalib müəyyənləşməyib
Misli Premyer Liqasında XXIX turun daha bir oyunu keçirilib.
İdman"Neftçi" - "Qarabağ" oyununun hakimləri açıqlandı
Misli Premyer Liqasının 29-cu turunda keçiriləcək daha dörd matçın hakim təyinatları açıqlanıb.