Son dəqiqə
Ölkəmizdə psixi xəstələrin sayı sürətlə artır - ŞOK RƏQƏMLƏREIA Azərbaycanda neft hasilatı üzrə proqnozunu yüksəldibABŞ-nin hücum helikopteri İran dronu ilə vurulub - İDDİA - VİDEOAğdamda məktəbli qız Bərdə sakini ilə qaçdıRusiyada partladılan avtomobildə Müdafiə Nazirliyinin idarə rəisi həlak olub - FOTO - VİDEOİsveçdə daimi yaşayış icazəsi ləğv edildi
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Cəmiyyət
  3. Bayıldakı tarixi bina BAXIMSIZ VƏZİYYƏTDƏDİR: Aidiyyəti qurum susur - FOTO - VİDEO
Bayıldakı tarixi bina BAXIMSIZ VƏZİYYƏTDƏDİR: Aidiyyəti qurum susur - FOTO - VİDEO
Cəmiyyət

Bayıldakı tarixi bina BAXIMSIZ VƏZİYYƏTDƏDİR: Aidiyyəti qurum susur - FOTO - VİDEO

15:58
0 baxış
Paylaş:

Bakının Səbail rayonu, Bayıl qəsəbəsində tarixi əhəmiyyətli memarlıq abidəsi baxımsız vəziyyətdədir.

Bakının Səbail rayonu, Bayıl qəsəbəsində tarixi əhəmiyyətli memarlıq abidəsi baxımsız vəziyyətdədir.

Gundem.today xəbər verir ki, bununla bağlı sosial şəbəkədə paylaşım edilib.

Qeyd olunub ki, söhbət 5 nömrəli doğum evindən gedir.

"Bu bina tarixi əhəmiyyətli memarlıq abidəsidir. Buna baxmayaraq illərdir baxımsız vəziyyətdə qalıb. Halbuki 2023-cü ildə təmir üçün 15 milyon manata yaxın vəsait ayrılmışdı", - deyə şikayətdə bildirilir.

Gundem.today-ın sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən binanın tarixi olması təsdiqlənib.

Qeyd olunub ki, Qurban Abbasov küçəsi, 29 ünvanında yerləşən Doğum evinin binasının bərpası ilə bağlı təqdim edilən layihə qanunvericiliyə uğun olaraq, aidiyyəti qurumlarla razılaşdırılıb və Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən təsdiq olunub", - deyə açıqlamada bildirilir.

Qeyd edək ki, bina Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) balansında olduğu üçün bərpa və istifadə ilə bağlı məsələlər sözügedən qurumun səlahiyyətindədir.

Məsələ ilə bağlı TƏBİB-ə sorğu ünvanlasaq da heç bir cavab ala bilmədik.

Xatırladaq ki, 2023-cü il oktyabrın 26-da İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin keçirdiyi tenderin qalibinin "ORN GROUP" MMC olduğu və Kliniki Tibbi Mərkəzin tabeliyindəki 5 nömrəli Kliniki doğum evinin əsaslı təmiri işləri üçün şirkətlə 14 milyon 819 min 295 manat 14 qəpik məbləğində müqavilə bağlandığı məlumatları yayılmışdı.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Cəmiyyət#Sakin_şikayəti#Mədəni_İrsin_Qorunması#İnkişafı_və_Bərpası_üzrə_Dövlət_Xidməti#Tibbi_Ərazi_Bölmələrini_İdarəetmə_Birliyi_(TƏBİB)#Azərbaycanın_tarixi_abidələri

Oxşar Xəbərlər

Ölkəmizdə psixi xəstələrin sayı sürətlə artır - ŞOK RƏQƏMLƏRCəmiyyət

Ölkəmizdə psixi xəstələrin sayı sürətlə artır - ŞOK RƏQƏMLƏR

2025-ci ildə psixoaktiv maddələrin qəbulu ilə bağlı olan pozuntular istisna olmaqla, psixi və davranış pozuntuları diaqnozu ilk dəfə qoyulmuş 6 063 nəfər qeydiyyata alınıb.

22:480
Şahbuz rayonunun Kükü kəndinə dolu düşüb - VİDEOCəmiyyət

Şahbuz rayonunun Kükü kəndinə dolu düşüb - VİDEO

Naxçıvan Muxtar Respublikasında qeyri-sabit hava şəraiti hökm sürür.

21:360
Əhliman Əmiraslanov və Abel Məhərrəmova VƏZİFƏ VERİLDİCəmiyyət

Əhliman Əmiraslanov və Abel Məhərrəmova VƏZİFƏ VERİLDİ

Azərbaycan Ağsaqqallar Şurası (AAŞ) sədrinə yeni müavinlər təyin olunub.

20:080
Sakinlərin NƏZƏRİNƏ: Paytaxtın bəzi ərazilərində qaz olmayacaqCəmiyyət

Sakinlərin NƏZƏRİNƏ: Paytaxtın bəzi ərazilərində qaz olmayacaq

Paytaxtın bəzi ərazilərində qaz təchizatında fasilələr yaranacaq.

21:120