Son dəqiqə
Omanda yaşayış binasına hücum: İki xarici vətəndaş yaralandıBƏƏ-dən İrana SƏRT REAKSİYA: "Hücumlar dərhal dayandırılsın"ABŞ Hərbi Dəniz Qüvvələri Hörmüz boğazında altı İran katerini məhv edibDünya mətbuatı Azərbaycan Prezidentinin "Avropa Siyasi Birliyi"nin Zirvə toplantısındakı çıxışından yazırBƏƏ-də həyəcan siqnalı verilir: Dubay və Şarcaya aviareyslərdə ləngimələr varAlmaniyada avtomobil piyadalara çırpıldı: Ölənlər və yaralananlar var - VİDEO
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Dünya
  3. BƏƏ-də strateji obyekt hədəf alındı: İran ittihamlara münasibət bildirdi
BƏƏ-də strateji obyekt hədəf alındı: İran ittihamlara münasibət bildirdi
Dünya

BƏƏ-də strateji obyekt hədəf alındı: İran ittihamlara münasibət bildirdi

Bu gün
20:30
0 baxış
Paylaş:

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Əl-Füceyrə əmirliyində yerləşən neft sənayesi kompleksinə İran tərəfindən buraxılan pilotsuz uçuş aparatının (PUA) zərbəsi nəticəsində üç Hindistan vətəndaşı xəsarət alıb.

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Əl-Füceyrə əmirliyində yerləşən neft sənayesi kompleksinə İran tərəfindən buraxılan pilotsuz uçuş aparatının (PUA) zərbəsi nəticəsində üç Hindistan vətəndaşı xəsarət alıb.

Gundem.today xəbər verir ki, bu barədə BƏƏ hökumətinin mətbuat xidməti məlumat yayıb. Rəsmi açıqlamaya əsasən, orta ağır dərəcəli bədən xəsarətləri alan zərərçəkmişlər xəstəxanaya yerləşdiriliblər.

Bundan əvvəl PUA hücumu səbəbindən kompleksin ərazisində güclü yanğının başladığını, mülki müdafiə qüvvələrinin alovun söndürülməsinə cəlb edildiyi bildirilmişdi.

Eyni zamanda, BƏƏ sahillərinə yaxın ərazidə bir gəmidə də yanğın qeydə alınıb. Bu barədə Böyük Britaniya Kral Hərbi Dəniz Qüvvələrinin tabeliyindəki Dəniz Ticarət Daşımalarının Koordinasiyası Mərkəzi (UKMTO) məlumat yayıb.

"Gəmidə yanğın başlayıb və heyət yaxınlıqdakı su nəqliyyatı vasitələrindən təhlükəsiz məsafə saxlamalarını xahiş edib. Hazırda yanğının başvermə səbəbləri müəyyənləşdirilir. Ekoloji fəsadlar barədə hər hansı məlumat yoxdur", - deyə UKMTO-nun açıqlamasında qeyd olunur. Mərkəz bu hadisəni şübhəli fəaliyyət kimi təsnifatlandırıb.

İran tərəfi isə bu hadisələrlə bağlı ittihamları qəti şəkildə rədd edib. İran dövlət teleradiosu yüksəkrütbəli hərbi rəsmiyə istinadən bildirib ki, rəsmi Tehran BƏƏ-yə qarşı hər hansı hücum həyata keçirməyib.

Birləşmiş Ərəb Əmirliklərinin hərbçiləri İran tərəfindən dörd qanadlı raketin buraxıldığını qeydə alıblar.

Gundem.today xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

"Onlardan üçü ölkənin ərazi suları üzərində uğurla zərərsizləşdirilib, daha biri isə dənizə düşüb", - deyə məlumatda bildirilir.

Nazirlikdən qeyd olunub ki, ölkənin müxtəlif bölgələrində eşidilən səslər hava hədəflərinin məhv edilməsinin nəticəsi olub.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Dünya#İran#Birləşmiş_Ərəb_Əmirlikləri_(BƏƏ)#Qanadlı_raket

Oxşar Xəbərlər

Omanda yaşayış binasına hücum: İki xarici vətəndaş yaralandıDünya

Omanda yaşayış binasına hücum: İki xarici vətəndaş yaralandı

Omanın şimalında yerləşən Musəndam vilayətində yaşayış kompleksinə edilən hücum nəticəsində azı iki nəfər yaralanıb.

Bu gün
21:240
BƏƏ-dən İrana SƏRT REAKSİYA: "Hücumlar dərhal dayandırılsın"Dünya

BƏƏ-dən İrana SƏRT REAKSİYA: "Hücumlar dərhal dayandırılsın"

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) hökuməti İran tərəfindən ölkə ərazisindəki mülki infrastruktura edilən hücumlara sərt reaksiya verib.

Bu gün
21:180
ABŞ Hərbi Dəniz Qüvvələri Hörmüz boğazında altı İran katerini məhv edibDünya

ABŞ Hərbi Dəniz Qüvvələri Hörmüz boğazında altı İran katerini məhv edib

ABŞ hərbi helikopterləri Hörmüz boğazında altı kiçik İran katerini məhv edib.

Bu gün
21:160
BƏƏ-də həyəcan siqnalı verilir: Dubay və Şarcaya aviareyslərdə ləngimələr varDünya

BƏƏ-də həyəcan siqnalı verilir: Dubay və Şarcaya aviareyslərdə ləngimələr var

"Flightradar24" xidməti sərnişinləri BƏƏ-də Dubay və Şarca istiqamətindəki uçuşlarda ehtimal olunan gecikmələr barədə xəbərdar edib.

Bu gün
21:060