
Bərdədə ƏMƏLİYYAT: İki nəfər saxlanıldı - FOTO - VİDEO
Bərdədə 8 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb.
Bərdədə 8 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb.
Gundem.today xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupu məlumat yayıb.
Bildirilib ki, Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Mansur Məmmədov və Amil Musayev saxlanılıblar. Baxış zamanı onlardan 4 kiloqram 340 qram həşiş, 3 kiloqram 250 qram marixuana və 1 kiloqram tiryək aşkarlanıb. Həmin şəxslər ifadələrində qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən narkotikləri Bərdə rayonunda satışını təşkil etmək məqsədi ilə əldə etdiklərini bildiriblər.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Qeyd edək ki, Bərdədə polis əməkdaşlarının ilin əvvəlindən həyata keçirdikləri tədbirlərlə 21 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
KriminalSumqayıtda Dövlət Bayrağına hörmətsizlik edən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb - FOTO - VİDEO
Sumqayıtda Dövlət Bayrağına hörmətsizlik edən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.
KriminalBayrağa hörmətsizlik edən şəxs saxlanıldı - FOTO - VİDEO
Sumqayıtda Dövlət Bayrağına hörmətsizlik edən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.
KriminalArvadını naqillə boğub öldürməkdə təqsirləndirilən şəxsə AĞIR CƏZA
Bakıda həyat yoldaşını boğaraq öldürməkdə təqsirləndirilən Ziyəddin Quliyevin barəsindəki cinayət işinin məhkəmə araşdırması yekunlaşıb.
KriminalAna və bacısını qətlə yetirən Kainat cəzadan azad edildi
Tovuzda ana və bacısını qətlə yetirməkdə ittiham olunan 31 yaşlı Kainat Namazov cəzadan azad edilib.